Əsas Səhifə > Şou-biznes > NATƏVAN ŞEYXOVA NİYƏ AĞLAYIB?

NATƏVAN ŞEYXOVA NİYƏ AĞLAYIB?


23-03-2012, 14:02
NATƏVAN ŞEYXOVA NİYƏ AĞLAYIB?

"VVAQ-DAN ÇIXANDAN SONRA AĞLAMAĞA BAŞLADIM"

Azərbaycanın əfsanəvi estrada müğənnisi Natəvan Şeyxovanın "OK!" Azərbaycan jurnalına müsahibəsi.

- Natəvan xanım, siz hər zaman ətrafa mehribanlıq və səmimiyyət saçırsınız – buna necə nail olursunuz?

- Bilmirəm. Yəqin ki, bu, daxildən gəlir. Mən süni insan deyiləm. Və bütün bunları mənə valideynlərim aşılayıb, ona görə də olduğum kimi görünürəm.

- Məncə, bunun bir səbəbi də sizin bir qadın kimi formalaşmağınızdır.

- Bəli, əlbəttə. Mən ailəliyəm, iki övladım, bir nəvəm var. Bu yaxınlarda sevimli həyat yoldaşım Rafiq Seyidzadə ilə birlikdə evliliyimizin 46 illiyini qeyd etdik.

- Ailə həyatını karyeranızla uğurla uzlaşdırmağı necə bacarırsınız?

- Bu onunla bağlıdır ki, biz Rafiq müəllimlə eyni cür düşünürük, həmfikirik. Mən onunla tanış olanda 20 yaşım var idi. Konservatoriyanın tələbəsi idim və Rauf Hacıyevin rəhbərlik etdiyi estrada orkestrinə getmişdim ki, səsimə qulaq asıb qiymətləndirsinlər. Gələcək həyat yoldaşım isə həmin orkestrdə saksofon çalırdı. O, məni ilk dəfə görəndə: “Bu qız mənim xanımım olacaq!”, - demişdi. Onun sözlərini təbəssümlə qarşıladım. Elə alındı ki, qastrola getməli olduq və Rafiq müəllim məndən onunla evlənəcəyimə dair söz aldı. Bu təklifə uşaq sadəlövhlüyü ilə yanaşaraq: “Hə, sənə ərə gələcəyəm!” - dedim. Və getdim!

Artıq 46 ildir ki, bir yerdəyik. Valideynlərimizdən gizli VVAQ şöbəsində qeydiyyatdan keçdik. Oradan çıxandan sonra ağlamağa başladım, çünki evə getməyə qorxurdum. Bizi qarşıda qastrol səfəri gözləyirdi və valideynlərimin təkbaşına səfərə çıxmağıma razı olmayacağını bildiyim üçün təcili və gözlənilmədən evlənmişdik. Valideynlərim xəbər tutan kimi ilk şərtləri bu oldu ki, ərimin ata-anası gəlib məni onlardan rəsmən istəsin. Bundan sonra birlikdə yaşamağa başladıq və artıq uzun illərdir ki, xoşbəxt ailəmiz var.


Geri qayıt