Əsas Səhifə > Sosial, Manşet > MTN VƏ MN ŞEFLƏRİ PREZİDENTƏ QARŞI?
MTN VƏ MN ŞEFLƏRİ PREZİDENTƏ QARŞI?23-03-2012, 15:35 |
BU İKİ NAZİRİN PREZİDENTİN FƏRMANINI HEÇƏ SAYDIĞI MƏLUM OLUR Azərbaycanın güc strukturları Azərbaycan prezidentinin imzaladığı «Dövlət orqanlarının elektron xidmət göstərməsinin təşkili sahəsində bir sıra tədbirlər haqqında» fərmanı icra etməyə tələsmirlər, hərçənd sənəd 10 ay öncə - 23 may 2011-ci il tarixində imzalanıb. Məlumat üçün bildirək ki, Milli Təhlükəsizlik Nazirliyinin saytında (mns.gov.az) erməni təcavüzü, işğal edilmiş ərazilərdə onun hüquqi aspektləri də daxil çoxlu məlumat var, amma elektron xidmətlər və əhalinin veb-qəbulu barədə heç nə yoxdur. Müdafiə Nazirliyi isə öz veb-resursunu yenicə olaraq yaratsa da, bu sayt primitivliyi baxımından Azərbaycan adına ayıb hesab oluna bilər. Hərçənd prezidentin fərmanında aydın göstərilir ki, mərkəzi icra hakimiyyəti orqanları üç ay müddətinə öz rəsmi informasiya resurslarında elektron xidmət göstərilməsi barədə xüsusi bölmə yaratmalı, göstərilən xidmətlərin adını; bu xidmətin göstərilməsi üçün tələb edilən sənədlərin tam siyahısını verməli, müvafiq sənədlərin (ərizə, blank və s.) elektron formasını göstərməlidir. Bundan başqa, icra strukturları elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsini; müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsini təmin etməlidirlər. Həmçinin göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi təmin olunmalıdır. Yalnız Daxili İşlər Nazirliyi (mia.gov.az) az-çox əlverişli internet resurs yaradıb. Orda «on-line müraciət» bölməsi var. Amma bu resurs vasitəsilə bu xidmətdən istifadə bir yana, polis məmurlarının qəbuluna yazılmaq mümkün deyil. Aydındır ki, burada dövlət strukturlarının modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edəcək fərmanı sabotaj etmək cəhdi sezilir. Geri qayıt |