Əsas Səhifə > Şou-biznes > "AİLƏ QURAN ZAMAN DİQQƏTLİ OLMAQ LAZIMDIR"

"AİLƏ QURAN ZAMAN DİQQƏTLİ OLMAQ LAZIMDIR"


24-03-2012, 12:10
"AİLƏ QURAN ZAMAN DİQQƏTLİ OLMAQ LAZIMDIR"

KAMRAN HƏSƏNLİ SEVİLDİYİNİ DEYİR

Azərbaycanlı şoumen və teleaparıcı Kamran Həsənli xanımından danışıb. Teleaparıcı qadınlar tərəfindən sevildiyini də dilə gətirib.

Milli.Az-a açıqlama verən Kamran bunları deyib:

"Uşaqlıqdan çevrəmdə qadınlar çoxluq təşkil edib və sözügedən qadınlar tərəfindən hər zaman sevilmişəm. Ancaq əks cins nümayəndələri tərəfindən sevilməyimə baxmayaraq, xanımım qısqanclıqla qarşılamayıb. Çünki həyat yoldaşım bilir ki, mən ona sadiq biriyəm. Xanımım bəlkə də tək qalanda öz-özlüyündə əsəbləşir və mənə biruzə vermir. Ancaq mən xanımımı heç vaxt qısqanmamışam. Çünki etibar edib inanmışam. Qadınlar həyat yoldaşlarını qısqanmaqla aradakı pərdəni götürmüş olurlar. Odur ki, ailə quran zaman diqqətli olmaq lazımdır".


Geri qayıt