Əsas Səhifə > Güney Press, Araşdırma > “SOYUZ NERUŞİMIY”... QAYIDIR?

“SOYUZ NERUŞİMIY”... QAYIDIR?


24-03-2012, 12:48
“SOYUZ NERUŞİMIY”... QAYIDIR?

RUSİYADA SSRİ-Nİ BƏRPA PLANI İŞƏ SALINIB

Rusiyanın yeni prezidenti Vladimir Putin postsovet ölkələrinin birliyi üçün təklif etdiyi Avrasiya İttifaqı təklifinin reallaşması üçün ciddi səylər göstərir. Modern.az bildirir ki, Rusiya Dövlət Dumasında MDB ölkələri üzrə komitənin rəhbəri Slutski parlamentin iclası zamanı bu təkliflə bağlı aparılan danışıqlar prosesinə parlamentin yaradılması ideyasının daxil olunmasının vacibliyini bildirib.

“Avrasiya inteqrasiyası üçün aparılan danışıqlarda Avrasiya Parlamentinin yaradılması əsas danışıqlar predmeti olmalıdır”-deyə o vurğulayıb. Slutski xatırladıb ki, 2015-ci ildə yaradılacaq Avrasiya Iqtisadi İttifaqı özü ilə ciddi yenidənqurma və parlamentlərarası dialoqu vacib edəcək.

Komitə sədri xüsusi ilə vurğulayıb ki, “gələcək inteqrasiyanın qanunvericilik bazasının hazırlanması və yaradılması mühümdür və bunun üçün danışıqlar aparılmalıdır”.

Leonid Slutski yeni parlamentin yerləşəcəyi məkanın da adını çəkib. O vurğulayıb ki, Avrasiya Parlamenti Sankt-Peterburq və Qazaxstanın paytaxtı Astana şəhərlərində yerləşə bilər.
“Avrasiya parlamentinin bu şəhərlərdə işləməsi üçün hər cür şərait var”-deyə o vurğulayıb.

Qeyd edək ki, “Avrasiya İttifaqı”adlanan layihə vahid siyasi, iqtisadi, hərbi, humanitar, mədəni məkanı bölüşən dövlətlərin konfedrativ birliyi kimi nəzərdə tutulur. Vladimir Putin bu təklifi 2011-ci ildə səsləndirib və keçmiş SSRİ respublikarının bu birlikdə görmək istəməsini açıq jestlə nümayiş etdirib. Onun bu təklifi birmənalı qarşılanmayıb. Siyasi müşahidəçilər bunu Putinin SSRİ-nin bərpa edilməsi üçün cəhd kimi qiymətləndirirlər.

Putin ötən ilin sonlarında müvafiq təkliflə Azərbaycana da müraciət edib.


Geri qayıt