Əsas Səhifə > Dünya > İRAN YENƏ DƏ SİLKƏLƏNDİ
İRAN YENƏ DƏ SİLKƏLƏNDİ26-03-2012, 12:14 |
RUDBAR ŞƏHƏRİ YAXINLIĞINDA ZƏLZƏLƏ BAŞ VERİB Bu gün səhər İranın Kirman əyalətinin Rudbar şəhəri yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Mehr" xəbər agentliyinə istinadən xəbər verir. Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 04:36-da baş verdiyini bildirib. Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Geri qayıt |