Əsas Səhifə > Şou-biznes > “MÜĞƏNNİLƏR ŞOU-BİZNESƏ QALMAQAL ETMƏK ÜÇÜN GƏLİRLƏR”

“MÜĞƏNNİLƏR ŞOU-BİZNESƏ QALMAQAL ETMƏK ÜÇÜN GƏLİRLƏR”


26-03-2012, 13:05
“MÜĞƏNNİLƏR ŞOU-BİZNESƏ QALMAQAL ETMƏK ÜÇÜN GƏLİRLƏR”

STİLİSTDƏN İTTİHAMLAR GƏLDİ

Azərbaycanlı stilist Samir Əliyev müğənnilərin şou-biznesə ancaq qalmaqal etmək üçün gəldiklərini dilə gətirib.

Stilist hətta süni ifaçıların adlarını çəkib. Milli.Az-a açıqlama verən Samir bunları deyib:

"Azərbaycanlı müğənnilər şou-biznesə qalmaqal etmək üçün gəlirlər. Şou-biznesdə olan ifaçıların əksəriyyəti sünidirlər. Suni müğənnilərə Elariz Məmmədoğlunu və əməkdar artist Tünzalə Ağayevanı aid edərdim. İfaçılarımız reklam bazarlarını doldurmaq üçün efirlərə çıxaraq dalaşırlar. Ancaq onu deyim ki, məşhur müğənnilərimizin pərdə arxasında dəhşətli qırğınları olub. Ancaq onları heç vaxt media qarşısına çıxarmayıblar".

Samir Əliyev onu qalmaqallara sürükləyən müğənnilərdən də söz açıb: "Çox vaxt azərbaycanlı ulduzlar məni də qalmaqala sürükləyirlər. Ancaq söz-söhbətlərə görə çox şeyimi itirmişəm. Paxıllığımı çəkib quyu qazanlar da az deyil. Odur ki, yeniliklərim haqqında heç vaxt əvvəlcədən danışmıram".


Geri qayıt