Əsas Səhifə > Cəmiyyət, Manşet > İRAN ƏMƏLLİCƏ BAŞINI İTİRİB

İRAN ƏMƏLLİCƏ BAŞINI İTİRİB


7-10-2011, 15:19
İRAN ƏMƏLLİCƏ BAŞINI İTİRİB

ZİYAFƏT ƏSGƏROV TEHRANDA KİMƏ VƏ NİYƏ QƏZƏBLƏNİB?

DİA.AZ: - Redaksiyamıza İran-Azərbaycan münasibətləri ilə bağlı şok məlumat daxil olub. «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) Milli Məclisdəki qaynaqlardan ötürülən məlumatda bildirilir ki, bu günlərdə İranda səfərdə olan Azərbaycan parlamentinin sədr müavini Ziyafət Əsgərova İranın rəsmi dövlət nümayəndələri tərəfindən qeyri-adi təklif olunub.

Mənbə bildirir ki, iranlı dövlət nümayəndəsi Ziyafət Əsgərovdan Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını ölümlə hədələdiyinə görə həbs olunmuş Nardaran sakinlərinin azadlığa buraxılmasını xahiş edib:

«İran rəsmisi bildirib ki, ondan bu xahişi Azərbaycanın tanınmış din nümayəndəsi xahiş edib və həmin din nümayəndəsi də az sonra görüş otağına daxil olub. Bu haldan qəzəblənən Ziyafət Əsgərov həm xahişi rədd edib və həm də sərt formada bildirib ki, əgər bu adam otaqda qalacaqsa, o zaman onun özü otağı tərk etməli olacaq».

Mənbəyə görə, bundan sonra yaranmış gərginliyin aradan qaldırılması iranlı dövlət adamına xeyli çətinlik hesabına başa gəlib.

Onu da bildirək ki, redaksiyamız İranın dövlət rəsmilərinə bu qədər yaxın olan Azərbaycanın din nümayəndəsinin kimliyinin müəyyən olunması istiqamətində araşdırmalar aparır və yaxın zamanlarda daha dolğun bilgiləri diqqətinizə çatdıracağıq.

Geri qayıt