Əsas Səhifə > Şou-biznes > RUS NƏNƏLƏR NOVRUZU QEYD EDİBLƏR

RUS NƏNƏLƏR NOVRUZU QEYD EDİBLƏR


26-03-2012, 14:35
RUS NƏNƏLƏR NOVRUZU QEYD EDİBLƏR

“AVROVİZİYA” TƏMSİLÇİLƏRİ DİASPORAMIZLA BİR ARADA

“Eurovision 2012”nin Rusiyalı iştirakçıları – Udmurtdan olan “Buranovskie babuşki” kollektivi azərbaycanlıların respublika diasporunun dəvəti ilə İjevskdə Novruz bayramında iştirak ediblər. Xəbəri İTAR-TASS yayıb.

Nənələr “Eurovision”a qədər bir daha heç yerdə çıxış etməməyi planlaşdırsalar da, azərbaycanlılara etiraz edə bilməyiblər. “Buranovskie babuşki” dəvətin əvəzində Udmurt azərbaycanlılarından öz dillərində ən məşhur xalq mahnılarını yazmağı xahiş ediblər.

“Biz müsabiqədə çıxışımıza qədər Azərbaycan dilində sözlər də öyrənmək istəyirik. Axı bir neçə söz belə desən, bu, hörmətdir. Onların dilində salamlamaq, təşəkkür etmək mütləqdir”, deyə kollektivin bədii rəhbəri Olqa Nikolaevna Tuktareva qeyd edir.

Bu arada, “Eurovision 2012” mahnı müsabiqəsi üçün Avropadan Bakıya texniki avadanlıq gətirən yük maşınları artıq yoldadır, bu barədə müsabiqənin rəsmi saytına müsahibəsində “Eurovision”un təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker bildirib. Onun sözlərinə görə, “Eurovision”a hazırlıq bir il ərzində çox gərgin iş tələb edir. Bakıdakı müsabiqəyə hazırlıq qrafikə uyğun həyata keçirilir, deyə Bekker əlavə edib.

“Baku Crystal Halla” vaxtında hazır olacaq. Avropadan müsabiqə üçün texniki avadanlıq gətirən yük maşınları artıq yoldadır. İnanırıq ki, hər şey vaxtlı-vaxtında həll olunacaq”, deyə o əlavə edib.

“Eurovision 2012” rəhbəri Yan Ola Sand qeyd edib ki, maya çox az vaxt qalıb və hələ görüləcək çox iş var.

“Eurovision 2012” müsabiqəsini layiqli səviyyədə keçirmək üçün bütün bu işlər görülməlidir. Bu istiqamətdə gərgin iş getdiyini görürəm, maya qədər hər şey hazır olacaq. Biz də öz növbəmizdə lazımi dəstəyi göstəririk”, deyə o qeyd edib.

Ən iri bukmeker kontorları olan WilliamHill və Ladbrokes ilk proqnozlarını verib. Onların proqnozuna görə, “Buranovskie babuşki” ikinci yeri tutacaq, İsveçi təmsil edən müğənni Lorin isə lider olacaq.

2012-ci ildə 57-ci “Eurovision” müsabiqəsi Bayraq Meydanının yanında “Baku Crystal Hall”da keçiriləcək. Zalda 23 min tamaşaçı yeri var. Daha 16 min tamaşaçı böyük monitorlarda yarımfinalları və finalı izləmək imkanı əldə edəcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Azərbaycan Eldar Qasımov və Nigar Camalın Almaniyanın Düsseldorf şəhərində “Eurovision 2011”də qələbəsindən sonra müsabiqəni keçirmək haqqı qazanıb.


Geri qayıt