Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > RƏSUL QULİYEVƏ BÖYÜK PUL GƏLİB

RƏSUL QULİYEVƏ BÖYÜK PUL GƏLİB


26-03-2012, 15:46
RƏSUL QULİYEVƏ BÖYÜK PUL GƏLİB

ACP LİDERİNİN BAKIDAKI DAYAQLARININ MALİYYƏ PROBLEMİ HƏLL EDİLDİ

DİA.AZ: - Hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin ABŞ-da bir sıra çevrələrdə mühüm danışıqlar apardığı məlumdur. Doğrudur, bu danışıqlardan Rəsul Quliyevin bağlı olduğu çevrələr yetərincə məlumatlı olsa da, cəmiyyətdə belə bir yaradılır ki, sanki keçmiş parlament sədri Vaşinqtondakı görüşlərində Azərbaycanın gələcək prezidentinin kimliyi ilə bağlı məsələləri müzakirə edir.

Amma bu da son deyil. Redaksiyamız Rəsul Quliyevlə bağlı ilginc faktları əldə edib. Məlumdur ki, ACP lideri davamlı olaraq hakimiyyətin müəyyən dairələri ilə əlaqəli fəaliyyət göstərib və onun barəsində deyilən «Rəsul Quliyev YAP iqtidarının müxalifət düşərgəsinə basdırdığı minadır» fikrində də yetərincə haqlı məqamlar var. Ən azından Rəsul Quliyevin sayəsində 2005-ci ilin 17 oktyabr tarixində qolları qandallanan nazirlərin aqibətini xatırladıqda bu qənaətlər daha da möhkəmlənir.

Bundan əlavə, ABŞ Dövlət Departamenti hələ 8 il əvvəl Azərbaycanın daxili siyasətilə bağlı verdiyi bəyanıtda bu adamın əslk kimliyini tam olaraq ortaya qoymuşdu. Belə ki, sözügedən qurumun açıqlamasında Rəsul Quliyevin Rusiyanın xüsusi xidmət orqanlarının səmimi əməkdaşı olduğu söylənilməklə yanaşı, bu əməkdaşlığın hələ sovet dönəmlərindən formalaşdığı da vurğulanırdı. Hər halda, SSRİ dövründə valyuta bank hesabına malik olması faktı onun hansı əhəmiyyəti daşıyan bir fiqur olduğunu tam olaraq ortaya çıxarır.

DİA.AZ-a məlumatlı dairələrdən daxil olan son məlumatlarda isə vurğulanır ki, Rəsul Quliyev son günlər ciddi şəkildə maliyyə böhranı keçirən Bakıdakı dayaqlarının pul problemini həll edib. Məlumdur ki, bir müddət əvvəl ACP liderinin təşkilatçılığı ilə yeni blok təsis edildi və bir neçə partiya həmin blokda təmsil olunur.

Mənbəmiz bildirir ki, blokun üzvləri Rəsul Quliyevin xəsisliyindən şikayət edərək, narazılıqlarını ifadə edirmişlər: «Neçə müddət idi ki, daxildə narazılıq baş alıb gedirdi. ACP-nin Bakı rəhbərliyi isə bu narazılıqları yatıracaq gücdə deyildi. Nəhayət ki, Rəsul Quliyev problemi həll edib. Artıq bloka ciddi məbləğdə vəsait daxil olub. Hətta Rəsul Quliyevin maliyyələşdirdiyi xəbər portallarının da üzü güləcək».

Mənbəmiz onu da bildirdi ki, yenə də Rəsul Quliyevin adından gələn pulların arxasında hakimiyyət içindəki maraqlı çevrələr dayanır.


Geri qayıt