Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AĞSU SAHİBKARLARI AYAĞA QALXIR

AĞSU SAHİBKARLARI AYAĞA QALXIR


26-03-2012, 16:13
AĞSU SAHİBKARLARI AYAĞA QALXIR

ZİYA MƏMMƏDOVUN DAHA BİR ADAMI ÜSYANA ZƏMİN HAZIRLAYIR

DİA.AZ: - Məlum olduğu kimi, Ağsu aşırımında torpaq sürüşməsi səbəbindən ərazidəki 100-ə yaxın kafe və restoranın fəalliyyəti durdurulub. Aydın olur ki, əslində işin içində iş var imiş və bu sürüşmə olayından sui-istifadə etmək niyyəti ortadadır.

Onu da bildirək ki, Ağsuda yolun sürüşməsi yerli icra strukturlarının da işinə yarayıb. Məlumatı verən rayondakı qaynaq idda edir ki, neçə müddətdir Ağsunun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsu aşırımı üzərindəki kafelərin əksəriyyətinin bağlanılmasına çalışırdı. Mənbənin DİA.AZ-a söylədikləri: «Hətta bu barədə bəzi kafe və rsetoranların sahiblərinə başçının adından ultimatum da ünvanlanmışdı. İcra hakimiyyıəti başçısının müavini gələrək obyekt sahiblərinə çox az miqdarda pulun müqabilində ərazini tərk etmələrini istəmişdi. Halbuki həmin kafelərdən bəziləri Şamaxı ərazisinə düşür və hətta bu məsələ də nəzərə alınmamışdı».

Onu da vurğulayaq ki, Ənvər Seyidəylive bir zamanlar, daha dəqiqi 2007-ci ilə qədər Nəqliyyat Nazirliyi «Azəravtoyolservis» ASC-də idarə rəisi vəzifəsində çalışıb və həmin ildən etibarən ağsuya rəhbərlik edir. Yəni artıq 5 illik rəhbərlik dönəmi başa çatmaq üzərə olan Ənvər Seyidəliyev də göründüyü kimi nəqliyyat naziri Ziya Məmmədovun adamıdır.

Mənbəmiz bildirir ki, Ağsuya rəhbər gələndən sonra heç bir yeniliyə imza atmayan Ənvər Seyidəliyevin əsas işi pul toplamaq olub: «Dəfələrlə narazı sakinlərin etiraz səsləri mətbuatda da səslənib. Amma başçının Ziya Məmmədova güvənməsi bütün şikayətləri eşidilməz edib».

Amma son addımı ilə Ənvər Seyidəliyev deyəsən, həm Ziya Məmmədova və həm də özünə problem yaradacaq. Rayondakı qaynaqlar bildirirlər ki, narazı sahibkarlar kafelərinin bağlanmasına indidən etiraz etməyə başlayıblar: «Sahibkarlar yaxşı bilirlər ki, «pereval»da hərəkətin dayanması başçının işinə yarayır. Bundan sonra onlara məxsus kafelər də «təbii qaydada» plana düşəcək. Yəni başçının dünən cüzi miqdarda pulun hesabına həll etmək istədiyi «problem» müftə olaraq, Ana Təbiətin «yardımı» ilə həll olunacaq».

Artıq indidən kafe sahiblərinin əksəriyyətinə «obyektiniz plana düşüb» xəbərdarlığının edildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, artıq qapıları qıfıllanmış 100-ə yaxın kafenin yerində istirahət mərkəzinin, kateclərdən ibarət pansionatın salınacağı da məlum olub.


Geri qayıt