Əsas Səhifə > Hadisə > İSLAMÇILAR YENƏ POLİSLƏ TOQQUŞDU

İSLAMÇILAR YENƏ POLİSLƏ TOQQUŞDU


7-10-2011, 15:39
İSLAMÇILAR YENƏ POLİSLƏ TOQQUŞDU

MƏHKUMLARIN YAXINLARI DÖYÜLDÜLƏR

Oktyabrın 7-də hakim Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının sədri Mövsüm Səmədov və partiyanın daha 6 üzvünün -Firdovsi Məmmədrzayev, sədr müavini Vaqif Abdullayev, Astara təşkilatının sədri Rufulla Axundzadə, partiya üzvləri Dəyanət Səmədov, Fərəmiz Abbasov və Mikayıl Zülfüqarın işi üzrə proses davam edib.

Polis təqsirləndirilənlərin məhkəmənin qarşısına toplaşan qohumları və tərəfdarlarını döyərək ordan uzaqlaşdırıb. Başı yarılanlar da olub. Polis dəyənəyi AzadlıqRadiosunun müxbirindən də yan keçməyib. Eyvanlardan baxan qonşu binaların sakinləri polisin adamları söyüb, döyməsinə etiraz ediblər.

Bir qədər sonra məhkəmənin qarşısına təqsirləndirilənlərin tərəfdarları olan 50-dək qadın gəlib. Polis onlara qarşı da zorakılıq edib.


Geri qayıt