Əsas Səhifə > Güney Press, Araşdırma > AŞQABADLA BAKININ SÖZÜ DÜZ GƏLDİ

AŞQABADLA BAKININ SÖZÜ DÜZ GƏLDİ


27-03-2012, 13:18
AŞQABADLA BAKININ SÖZÜ DÜZ GƏLDİ

TRANSXƏZƏR ÜZRƏ ANLAŞMA ƏLDƏ OLUNUB

Bakı ilə Aşqabad Transxəzər qaz kəməri barədə razılığa gəlib, - deyə Deutsche welle (DW) Türkmənistan hökumətindəki mənbəyə istinadən xəbər verir.

"Transxəzər qaz kəməri barədə danışıqlar gedir və prinsipial razılıq əldə olunub", - deyə məlumatda bildirilir.

İnformasiyaya əsasən, yüksək rütbəli məmur bildirib ki, hələ Xəzərin statusu məsələsi həllini tapmayıb. Rusiya bundan Aİ, Bakı və Aşqabada qarşı istifadə edir. Onun sözlərinə görə, Avropa İttifaqının komissiyaları Moskvaya təzyiq etməlidir ki, Transxəzər qaz kəmərinə mane olmasın.

13-14 martdaa Berlində Aİ və Türkmənistanın enerji əməkdaşlığının perspektivi ilə bağlı beynəlxalq konfrans keçirilib. Orada söhbət "Cənub qaz dəhlizi" layihəsindən gedib.

Forumda çıxış edən Türkmənistanın neft naziri Bayramgəldi Nedirov deyib ki, 2030-cü il üçün ölkədə qaz hasilatı 230 mlrd m3-ə çatacaq. Bunun 180 mlrd m3-i ixrac ediləcək. Onun sözlərinə görə, hazırda türkmən qazının əsas alıcıları Rusiya, Çin və İrandır. Daha bir kəmərin - Əfqanıstandan Pakistan və Hindistana - tikintisinə hazırlıq başa çatır. Son vaxtlar Avropa istiqamətində boru kəməri tikintisinin müzakirəsi xeyli fəallaşıb.

Aİ komissiyası energetika direktorluğunun rəhbəri Jan Arnold Vinua konfransda energetika üzrə avrokomissar Günter Ottingerin tapşırığı ilə çıxış edərək qeyd edib ki, "Türkmənistan Aİ-nin enerji daşıyıcılarının diversifikasiyasında mühüm rol oynaya bilər". O, Aşqabadın "Cənub qaz dəhlizi" layihəsində iştirakının üstünlüyündən, avropalıların Türkənistandan sabit yüksək qiymətə almağa hazır olduğu böyük qaz həcmindən danışıb. Vinua Türkmənistana təklif edib ki, qərar qəbul etməyə tələssin, çünki digər oyunçular - İraq, Rusiya və bəlkə də, İran gecikməyəcək. Bu layihədə iştirak Türkmənistanın ixrac marşrutlarının şaxələnməsi məqsədlərinə də cavab verir. Hazırda onun alıcılarını barmaqla saymaq olar.

Həmçinin dənizin dibi ilə Bakı ilə Türkmənbaşını birləşdirəcək 300 km uzunluğunda qaz kəmərinin çəkilişindən söhbət açılıb.

"Cənub qaz dəhlizi" layihəsinin lehinə Berlin konfransında Folfqanq Peters (Wolfgang Peters) - Almaniyanın RWE energetika konsernində Xəzər, Mərkəzi Asiya və Rusiya regionlarını kurasiya edən tədarük üzrə direktor bildirib. Onun sözlərinə görə, RWE, həmçinin qaz tədarükçülərinin diversifikasiyasına çalışır ki, müştəriləri etibarlı şəkildə təmin edə bilsin.

Petersin fikrincə, Azərbaycan və Türkmənistan təmsilçilərinin Avrokomissiyanın iştirakı ilə danışıqlarında hökumətlərarası saziş hazırlanmalı və sonra imzalanmalıdır. Orada "Cənub qaz dəhlizi"ndə Türkmənistanın kvotası göstərilməlidir. Bu sazişin üstünlüyü ondadır ki, Transxəzər qaz kəmərinin çəkilişi üçün beynəlxalq hüquqi əsas yaradar və yanacağın Avropaya azad tranzitin təmin edər. Aİ komissiyası hamilik funksiyası götürür, çünki qaz yekunda Aİ ölkələrinə çatacaq. "Bu, bir tərəfdən qaz tədarükünün diversifikasiyasına səbəb olacaq, Avropanın enerji təhlükəsizliyini artıracaq. Digər tərəfdən Türkmənisana imkan verəcək ki, çox cəlbedici və perspektivli Avropa bazarına çıxmaqla ixracını şaxələndirsin", - deyə Peters DW-yə müsahibəsində bildirib.


Geri qayıt