Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HAKİMİYYƏT YENƏ DƏ “VURULDU”
HAKİMİYYƏT YENƏ DƏ “VURULDU”27-03-2012, 14:46 |
«AZƏRBAYCANIN BOĞULMUŞ SƏSLƏRİ» ADLI HESABAT «Azərbaycanın Boğulmuş Səsləri» adlı hesabat hazırlayan «Article 19» təşkilatı «Eurovision» öncəsi Azərbaycanda söz azadlığının vəziyyətini müsbət qiymətləndirmir. Sözügedən hesabat Azərbaycanda qorxu və geniş yayılmış özünüsenzura mühitinə işıq salır. «Eurovision müsabiqəsi öncəsi Azərbaycan hakimiyyəti ifadə azadlığı məkanını inkişaf etdirmək yönündə addım atmaqdansa, öz tənqidçilərini susdurmaqla məşğuldur. Söz azadlığına bu təzyiqlərə son qoyulmalıdır», «Article 19» təşkilatının icraçı direktoru Agnès Callamard belə deyib. Ötən ay Azərbaycan hökuməti Quba və Bakı şəhərlərində etirazları susdurmaq üçün həddən artıq güc tətbiq edib, etirazçıları, o cümlədən tanınmış rok-ifaçı Camal Əlini həbs edib və inzibati ittihamlarla saxlayıb. Quba hadisələrini işıqlandıran 4 jurnalist dustaqdır, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın evinə gizli kamera qoyularaq şantaj edilib, şəxsi görüntüləri yayımlanıb. «Azərbaycan özünü demokratik, müasir ölkə kimi göstərmək üçün ciddi cəhdlə çalışır. Amma ictimai fəallara və jurnalistlərə son hücumlar onu üzə çıxarır ki, hökumət öz xalqının səsini eşitmək istəmir. Hakimiyyət ifadə azadlığı ilə bağlı real öhdəlik götürməlidir və beynəlxalq ictimaiyyət də bunu ondan tələb etməlidir», deyə «İndex on Cencorship»in redaktor müavini Natasha Schmidt bildirib. «Azərbaycanın Boğulmuş Səsləri» hesabatı 2010-cu ilin sentyabr ayından bəri hazırlanmaqdadır. Geri qayıt |