Əsas Səhifə > Şou-biznes > MUZEYƏ BƏNZƏYƏN DÖRDMƏRTƏBƏLİ VİLLADA NƏLƏR VAR?

MUZEYƏ BƏNZƏYƏN DÖRDMƏRTƏBƏLİ VİLLADA NƏLƏR VAR?


29-03-2012, 12:17
MUZEYƏ BƏNZƏYƏN DÖRDMƏRTƏBƏLİ VİLLADA NƏLƏR VAR?

KÖNÜL KƏRİMOVANIN EVİNDƏN REPORTAJ

Uzun zamandır oxucularımıza təqdim etmədiyimiz “Xoş gəlmişik” adlı rubrikanın yeni qonağı var.

Tanınmış simaların yaşadıqları mənzillərə gedib, reportaj hazırladığımız bu rubrikanın növbəti müsafiri məşhur müğənni Könül Kərimova oldu.

Müğənninin evinə daxil olan zaman yamanca təəccübləndik. Könül xanım adi mənzildə deyil, 4-mərtəbəli villada yaşayır. Muzeyə bənzəyən villada otaqların sayını belə, dəqiq öyrənə bilmədik.

Bir onu anladıq ki, bütün otaqlar olduqca dəbdəbəli və sanki yalnız qonaqları qarşılamaq üçün nəzərdə tutulub.

Evin birinci və ikinci mətrəbəsində fərqli buxarı da (divar sobası, kamin) var. Bununla yanaşı, evin, demək olar ki, hər küncündə divan və kreslo görmək olar.

Villanın 3-cü və 4-cü mərtəbəsində isə Könül xanım dəyişiklik etmək qərarına gəlib. 3-cü mərtəbə ancaq yataq otaqlarından ibarətdir. Könül Kərimovanın sözlərinə görə, villanın sonuncu mərtəbəsi bütünlüklə onun qarderobuna ayrılacaq. Bunun üçün hazırlıq prosesləri artıq başlayıb. Kərimova yataq otağına heç bir geyimi daxil etmək fikrində olmadığı üçün 4-cü mərtəbə böyük bir dolaba bənzəyəcək.

Evdə suvenirlər və portretlər də çoxdur. Klassik üslüba müraciət edən Könül xanım dəbdəbəni sevdiyini də məhz bununla sübut edir.


Geri qayıt