Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ KƏRİMLİNİN QOHUMUNA RƏSMİ İTTİHAM İRƏLİ SÜRÜLMƏYİB

ƏLİ KƏRİMLİNİN QOHUMUNA RƏSMİ İTTİHAM İRƏLİ SÜRÜLMƏYİB


29-03-2012, 13:18
ƏLİ KƏRİMLİNİN QOHUMUNA RƏSMİ İTTİHAM İRƏLİ SÜRÜLMƏYİB

HƏR ŞEY BU GÜN AYDIN OLACAQ

AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov martın 28-də saxlanıb. Bank işçisi olan 41 yaşlı Elnur Seyidovun hansı səbəbdən saxlandığı hələlik bəlli deyil.

Onun vəkili Əsabəli Mustafayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, Elnur Seyidovu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb və o, hazırda da elə adı çəkilən nazirlikdə saxlanılır.

Müdafiə etdiyi şəxsə hər hansı ittiham irəli sürülmədiyini deyən Əsabəli Mustafayev bildirir ki, bütün məsələlərə martın 29-da onunla görüşdən sonra aydın gətirə bilər.


Geri qayıt