Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DAHA BİR RAYON CAMAATI TƏXRİBATA ÇƏKİLİR

DAHA BİR RAYON CAMAATI TƏXRİBATA ÇƏKİLİR


29-03-2012, 13:43
DAHA BİR RAYON CAMAATI TƏXRİBATA ÇƏKİLİR

SABİRABADDA KÜNLƏVİ İŞIQKƏSMƏ

Sabirabad rayonunda əhalinin elektrik enerjisi kütləvi şəkildə kəsilir. Bu barədə "gundeminfo.az" a rayon sakini Azər Babayev məlumat verib. Bildirib ki, dünəndən etibarən Şirvan Regional Elektrik Enerji Paylayıcı Sistemləri idarəsindən gələn işçilər heç əlilləri, qocaları, xəstələri belə nəzərə almadan işıqları kəsməyə başlayıblar. Məlumatda bildirlir ki, işıqları kəsilən sakinlərə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Qeyd edək ki, Nazirlər Kabinetinin mart ayında verdiyi qərara əsasən heç bir vətəndaşın elektrik enerjisi yazılı xəbərdarlıq edilmədən kəsilə bilməz.

Aldığımız məlumata əsasən rayon sakinləri işıqlarının kəsilməsinə etiraz etmək üçün sabah icra hakimiyyətinə yollanacaqlar.

Geri qayıt