Əsas Səhifə > Reklam > “BAKCELL”İN “İLK”LƏRİ
“BAKCELL”İN “İLK”LƏRİ29-03-2012, 14:15 |
ŞİRKƏT 2011-CI İLDƏ BİR NEÇƏ YENİLİYƏ İMZA ATIB Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı İnternet Provayderi olan və hər zaman yenilikləri ilə müştərilərini sevindirən Bakcell şirkəti 2011-ci ildə bir neçə ilkə imza atıb. Bu yenilikçi addımlar şirkətin brend və marketinq strategiyalarının təbliği, eyni zamanda yeni mobil texnologiyaların və mobil sosial şəbəklərin inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Bakcel-lə Opera Mini 3G Sür@ xidmətinin uğurla istifadəyə verilməsindən sonra Bakcell öz abunəçilərinə sərfəli qiymətlərlə yeni mobil internet təcrübəsindən yararlanmaq imkanı verdi. 2011-ci ildə Bakcell Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə mobil telefonlarda daha rahat və əlverişli internetdən istifadə etmək üçün Opera Mini brauzerinin yeni versiyasını təqdim etdi. İndi Opera Mini vasitəsilə Bakcell abunəçiləri Facebook, Odnoklassniki kimi sosial şəbəkələrə və digər saytlara daha asan və əlverişli şərtlərlə daxil ola bilirlər. Facebook və Twitter Bakcell-lə izlənir Ötən il Azərbaycanda ilk dəfə olaraq məhz Bakcell şirkəti öz abunəçiləri üçün zero.facebook xidmətini təqdim etdi. Bakcellilər Facebookla yanaşı, digər populyar sosial şəbəkə - Twitterə də çıxış imkanı qazanıbar. Belə ki, ilk dəfə olaraq yalnız Bakcell abunəçiləri mobil telefondan SMS yolu ilə Twit göndərə bilirlər. “Mobile Monday” layihəsinin tərəfdaşı Bakcell Xəzər İnvestisiya Mərkəzi (XİM) ilə birgə “Mobile Monday - Bakı” beynəlxalq şəbəkəsinin rəsmi tərəfdaşı oldu. Finlandiyanın Henlsinki şəhərində 2000-ci ildə yaradılmış MobileMonday (MoMo) şəbəkəsi mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platformasıdır. Qeyd edək ki, Bakı dünyada bu qlobal mobil şəbəkəyə qoşulan 123-cü şəhərdir. Azərbaycanda MoMo-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin mobil sektorunda innovasiyaların tətbiq edilməsini və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir. “İlin ən yaxşı TV reklam çarxı” Bakcell-in Sür@ xidmətininin keyfiyyətini nümayiş etdirən reklam çarxı bir müddət əvvəl mak.az onlayn marketinq jurnalının keçirdiyi “İlin ən yaxşı TV reklam çarxı” müsabiqəsinin qalibi oldu. Bu çarx Azərbaycanın reklam bazarında parkur ustalarının iştirakı ilə çəkilmiş ilk reklam çarxıdır. Müasir reklam texnologiyalarından istifadə edən Bakcell daim öz brendini ən dinamik, effektli və peşəkar üslubda müştərilərə təqdim edir. 055-yüksək texnologiyalar jurnalı Bakcell inanır ki, uğurlu müştəri xidmətinin əsasında müştərilərin məlumatlılığı dayanır. Buna görə də şirkət müştərilərinin durmadan artan tələblərinə cavab vermək üçün müntəzəm olaraq yeni layihələr həyata keçirir. 2011-ci ilin iyul ayında Bakcell “055” jurnalını təqdim edib. 055” jurnalının yaranması ideyası ölkəmizdə və bütün dünyada mobil telekommunikasiya sektorunun sürətli inkişafı və potensialı ilə bağlıdır. “055” jurnalının məqsədi mobil telekommunikasiya bazarındakı yeniliklər və ən son texnologiyalar barədə bütün mobil telefon istifadəçiləri üçün əsl bələdçiyə çevrilməkdir. Bu korporativ nəşr, şirkətin geniş müştəri və biznes tərəfdaşları kütləsi üçün nəzərdə tutulub. 3D ölçülü təsvir Bakcell Azərbaycanda ilk dəfə olaraq 3D ölçülü təsviri paytaxt sakinlərinə təqdim edib. 3D ölçülü təsvir Bakı sakinləri və şəhərimizin qonaqlarının ən çox ziyarət etdiyi “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşdirilib. Rusiyanın məşhur rəssamı Filip Kozlov tərəfindən çəkilən bu rəsm yağlı boya ilə işlənmiş ilk 3D ölçülü təsvirdir. Paraşütçünün göydən bütün Azərbaycana baxışını əks etdirən təsvirdə Bakcell-in demək olar ki, bütün ölkə ərazisini əhatə edən baza stansiyaları vasitəsilə yüksək keyfiyyətli mobil rabitə təmin etdiyini görmək olar. Azərbaycanda ilk müzikl - “Leyli və Məcnun” Uzun müddət ölkənin mədəniyyət gündəmini zəbt edən bir hadisə - Nizaminin “Leyli və Məcnun” poeması əsasında ilk müzikl də məhz Bakcellin dəstəyi hesabına ərsəyə gəlib. “Əfsanə geri dönür” şüarı altında gerçəkləşdirilən müziklin məqsədi məşhur sevgi əhvalatını müasir dövrə köçürmək, bu klassik əsərə gənclərin diqqətini artırmaqdan ibarət idi. “Aramızda qalsın” teleserialı Bakcell kommunikasiya kanalları ilə işləyərkən hər zaman yaradıcı yanaşma tərzi ilə seçilir və qeyri-standart və mütərəqqi kommunikasiya metodlarına üstünlük verir. Bakcell-in baş sponsorluğu ilə “Aramızda qalsın” adlı ilk milli televiziya layihəsi Azərbaycan teleizləyicilərinin sevimli tele-seriallarından birinə çevrilib. Nadir Tarix Bakcell- milli şirkət olaraq Azərbaycan tarixini əziz tutub ona yüksək dəyər verir. Şirkətin "Nadir Tarix" adlı yeni telelayihəsinin məqsədi tariximizin bəzi incilərini və İLKlərini xatırlamaqla onları ictimaiyyətin geniş hüzuruna təqdim etməkdir. Bu layihə Azərbaycanın 30-a yaxın tanınmış incəsənət, elm, mədəniyyət və dövlət xadimlərinin təmənnasız iştirakı ilə həyata keçirilib. Növbəti İLKlərə imza atmaq ümidi ilə! Geri qayıt |