Əsas Səhifə > Sosial, Manşet > HƏR KƏS ÖZÜ ÖZÜNÜ QORUMAQ ZORUNDADIR

HƏR KƏS ÖZÜ ÖZÜNÜ QORUMAQ ZORUNDADIR


30-03-2012, 12:31
HƏR KƏS ÖZÜ ÖZÜNÜ QORUMAQ ZORUNDADIR

DİA.AZ İRAN HAKERLƏRƏRİNİN HÜCUMUNDAN ÖZ «NƏSİBİNİ» ALIB

DİA.AZ: - Xatırladaq ki, iki gün əvvəl «Dünya» İnformasiya Agentliyinin DİA.AZ ünvanına özünü «İranın sadiq əsgərləri» adlandıran haker qrupu tərəfindən hücumlar edildi. Redaksiyamızın texniki heyəti bacarılan qədər bu hücumları dəf etməklə yanaşı, həm də portalımızın arxivinin dağıdılmasının qarşısını almağa müvəffəq oldular.

Lakin edilən hücumlar öz nəticəsini istər-istəməz verib. Artıq portalımızın administrasiyasında müəyyən texniki qüsurlar yaranmağa başlayıb ki, bunun da aradan qaldırılması üçün redaksiyamıza vaxt lazımdır.

Bu səbəbdən DİA.AZ olaraq oxucularımızdan üzr istəyərək 3 günlük profilaktika müddəti elan etmək zorundayıq. Yəqin ki, oxucularımız bizi başa düşərlər. Hər halda, hər hansı portal bu kimi kiber hücumlardan sığortalanmayıb və dövlətin müvafiq qurumlarının da hakerlərin qarşısında aciz qaldığı bir müddət əvvəl rəsmi saytlarımızın dağıdılması ilə də ortaya çıxmış oldu.

Yəni vəziyyət o şəkildədir ki, hər kəs özü özünü qorumaq zorundadır. Biz də daha keyfiyyətli işi ortaya qoya bilməyimiz üçün Sizdən bir daha üzr istəyərək fəaliyyətimizdə 3 günlük fasilə verməli oluruq.


Geri qayıt