Əsas Səhifə > Sosial, Manşet > DEPUTAT-REKTORDAN 1937-Cİ İL AB-HAVASI

DEPUTAT-REKTORDAN 1937-Cİ İL AB-HAVASI


2-04-2012, 12:08
DEPUTAT-REKTORDAN 1937-Cİ İL AB-HAVASI

QİYAM QALDIRMIŞ NARAZI TƏLƏBƏLƏR BİR-BİR «SİLİS»Ə ÇƏKİLİR

DİA.AZ: - Bir neçə gün əvvəl İqtisad Universitetində tələbələrin mini-qiyamı baş verdi. Xatırladaq ki, bir qrup tələbə kollokviumun şərtləri ilə razılaşmadıqlarından ali məktəb rəhbərliyini boykot etmişdilər. Və bundan sonra iqtisad universitetinin müəllim heyəti tələbələrlə danışıqlara gedərək razılıq əldə etdilər və QİYAM YATIRILDI.

Amma məsələ sən demə, bununla bitməyib. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu gün səhər saatlarından universitetdə qiyamçı tələbələrə təzyiqlər başlayıb və onlarla bağlı köhnə haqq-hesab dəftərləri açılıb. Mənbənn söylədikləri: «Əsas olaraq etirazın təşkilatçılarını müəyyən edirlər və sonra da onların hansı nöqsanlarının olub-olmaması araşdırılır. Xoşbəxtlikdən narazılıq edən tələbələrin əksəriyyəti yaxşı oxuyanlardır. Və yalnız bir nəfərin davamiyyətində problemlər tapılıb ki, onu da bəhanə edərək həmin tələbəni qovmaba hazırlaşırlar».

Mənbəmiz bildirdi ki, birbaşa olaraq rektor Şəmsəddin Hacıyevin göstərişi ilə həyata keçirilən bu prosesi bir növ 1937-ci ilin repressiyalarına da bənzətmək olar: «Çünki hər bir narazı tələbə ilə ayrı-ayrılıqda söhbət aparılır və hətta onların az qala ifadələri də alınır. Sonra isə onlar hədələnirlər ki, nə təhsillərini davam etdirə biləcəklər, nə də diploma ala biləcəklər».

Mənbəmiz bildirdi ki, əgər bu işə təhsil nazirliyi qarışmazsa, iqtisad universitetində daha böyük miqyaslı tələb qiyamı baş qaldıra bilər.

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt