Əsas Səhifə > Partiya > PARLAMENTİN QARŞISINA AKSİYA PLANLAŞDIRILIR

PARLAMENTİN QARŞISINA AKSİYA PLANLAŞDIRILIR


2-04-2012, 12:43
PARLAMENTİN QARŞISINA AKSİYA PLANLAŞDIRILIR

QAT ETİRAZ EDİR

Avronest Parlament Assambleyasının Bakıda keçirilən 2-ci sessiyasında iştirak etmək üçün Bakıya gələn Ermənistan parlamentinin 8 deputatının səfərinə etiraz olaraq Qarabağ Azadlıq Təşkilatı (QAT) aksiya keçirəcək. Bu barədə Modern.az-a QAT-nın sədri Akif Nağı məlumat verib.

A.Nağı hazırda QAT-nın üzvləri ilə bilikdə Kəlbəcərin işğalının 19-cu ildönümü ilə əlaqadar Şəhidlər xiyabanını ziyarət etdiklərini deyib: “Ermənistan parlament nümayəndələrinin Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirmək fikrimiz var. Amma buna baxmayaraq iclasın keçirildiyi Milli Məclisin ətrafı çoxlu sayda polislərlə əhatə olunub. Bu saatlarda hansısa aksiya keçirmək mümkün deyil. Amma biz yenə öz cəhdimizi göstərərik”-deyə A.Nağı vurğulayıb.


Geri qayıt