Əsas Səhifə > Gündəm, Manşet > TÜRKİYƏDƏN AZƏRBAYCANA SİRLİ ELÇİ

TÜRKİYƏDƏN AZƏRBAYCANA SİRLİ ELÇİ


7-10-2011, 17:35
TÜRKİYƏDƏN AZƏRBAYCANA SİRLİ ELÇİ

RƏSMİ BAKI İLƏ ANKARANIN MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİR

DİA.AZ: - Bir neçə gün əvvəl Almaniyanın ekspertləri NABUCCO-nun taleyinin dalana dirəndiyi barədə fikirlərini açıqladılar və bəyan etdilər ki, yaxın dönəm üçün bu projenin reallaşdırılması qeyri-mümkündür.

Bu arada yayılan bir başqa məlumatda isə vurğulandı ki, Azərbaycanla Türkiyə arasında da NABUCCO ilə bağlı ciddi danışıqlar aparılıb və bu müzakirələr zamanı Azərbaycan qazının Türkiyəyə satışı məsələsi də geniş şəkildə dartışılıb. Amma hələ də bir nəticə hasil olmayıb.

Rəsmi Bakının mövqeyinə gəlincə isə, prezident İlham Əliyev NABUCCO ilə bağlı tələsmədklərini bir neçə dəfə və açıq şəkildə ifadə edib.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Azərbaycan hakimiyyətinin NABUCCO ilə bağlı nümayiş etdirdiyi israrlarının sındırılması məqsədilə bu gün Bakıda olan Fransa prezidenti Nikola Sarkozi də müəyyən addımlar atıb.

Bu barədə mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) söylədikləri: «Amma əsas missiya Türkiyənin üzərinə düşür. Bu barədə rəsmi Ankara Azərbaycanla danışıqlar üçün təhkim olunub və bu günlərdə, ən uzağı gələn həftənin 3-cü günü Bakıya Türkiyədən məxfi bir qonaq gələcək».

Mənbə bildirir ki, nədənsə həmin qonağın özü və səfəri barədə nə Türkiyə tərəfi, nə də Azərbaycan tərəfi heç bir açıqlama vermir: «Təbii ki, bu səfərin qeyri-rəsmi mahiyyət daşıdığını sübutlayır. Amma buna baxmayaraq, müzakirə olunan məsələ çox ciddidir və bununla hətta Azərbaycanda hakimiyyətdə olan qüvvələrə beynəlxalq münasibətlər də müəyyən olunacaq».

Xatırladaq ki, artıq NABUCCO ilə bağlı rəsmi Bakıya müəyyən təzyiqlərin edilməsi barədə xəbərlər yaymışdıq. Və hətta bu proje naminə Qərbin azərbaycanda məxməri inqilaba gedəcəyini söyləyənlər də var.


Geri qayıt