Əsas Səhifə > Dünya > TÜRKMƏNLƏR HƏDƏFƏ ALINA BİLƏR
TÜRKMƏNLƏR HƏDƏFƏ ALINA BİLƏR2-04-2012, 13:30 |
TRANSXƏZƏR MƏSƏLƏSİ AŞQABADA PROBLEMLƏR YARADIR Transxəzər məsələsində təzyiq Azərbaycandan çox Türkmənistana ediləcək . Çünki Türkmənistan beynəlxalq bazarlara çıxış cəhətdən çox müstəqildir. Bu barədə energetika üzrə avropalı ekspert Borut Qrjiç bildirib. Xatırladaq ki, Transxəzər layihəsinin əleyhinə Rusiya ilə İran çıxış edir. Onlar mövqelərini Xəzərin statusunun həllini tapmaması və dənizin dibi ilə kəmər çəkilməsinin ekologiyaya ziyanı ilə əsaslandırırlar. Qrjiçin sözlərinə görə, İranın real təzyiq rıçaqları yoxdur və o, beynəlxalq sanksiyalarla bağlı qonşularla sabit münasibətlərə ehtiyac duyur. "Rusiya barədə bunu demək olmaz. Bu ölkənin ekoloji təhlükəsizlik kimi gətirdiyi dəlil ciddi deyil. - bu, diplomatik pərdədir". Transxəzər layihəsinin həyata keçirilməsi üçün Türkmənistan rəhbərliyinin ciddi siyasi iradəsinə ehtiyac var, deyə o düşünür. Qeyd edək ki, ötən həftə RF energetika nazirinin müavini Anatoli Yanevski növbəti dəfə Transxəzər layihəsinə mənfi münasibətini açıqlayıb. "İstənilən layihə həyata keçirilən zaman beynəlxalq hüquq normalarına əməl edilməldiir, - deyə "İnterfaks" nazir müavinindən sitat gətirir. - İndiyəcən Xəzərin statusu həllini tapmayıb və bu məsələ müvafiq sazişlə tənzimlənməyib. Ona görə hesab edirik ki, iki ölkənin Avropa İttifqaının dəstəyi ilə problemi həll etmək cəhdləri beynəlxalq hüquqa ziddir". Geri qayıt |