Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCANLI İNVESTORLAR FƏALLAŞIB

AZƏRBAYCANLI İNVESTORLAR FƏALLAŞIB


2-04-2012, 13:35
AZƏRBAYCANLI İNVESTORLAR FƏALLAŞIB

BİZİMKİLƏR BEYƏLXALQ KAPİTAL BAZARINDA AKTİVDİR

Dünya maliyyə böhranından sonra kapital bazarının reanimasiyası və bank əmanətləri üzrə kredit dərəcəsinin azalması Azərbaycan investorlarını beynəlxalq kapital bazarlarına təhrik edir. Son vaxtlar yerli investorlar ölkə xaricində investisiyalarını aktivləşdirir, xarici şirkətlərin korporativ qiymətli kağızlarını alırlar.

Ölkə xaricində kapital bazarına daxil olanların dairəsi genişdir. Bunlar əsasən 18 yaşdan yuxarı gənclər və orta təbəqə təmsilçiləridir, deyə “Qarant İnvest” broker şirkətinin direktoru Fərid Səttraov Turan-a bildirib. «Müştərilərimiz dünya fond birjalarından baş çıxaran orta varlı adamlardır. Onların bir hissəsi özlərini kiçik kapitalla - 500 manatdan başlayaraq sınayırlar. Bir çoxları anlayır ki, əmanətlər üzrə daha böyük faiz arxada qalıb. İllik 7-10%-i onlar birjada bir neçə əməliyyatda qazana bilərlər», deyə analitik bildirib.

Bu gün yerli qiymətli kağızlar bazarının peşəkar iştirakçılarından bir neçəsi broker xidməti, həmçinin aktivlərin idarə edilməsi ilə məşğuldur. Amma dünya birjalarında Azərbaycan investisiyaları hesablanmır. İri portfel investorları birbaşa xarici broker kontorlarına çıxılar. Ona görə kapital bazarında investisiya həcmi barədə məlumat yoxdur. Şübhəsiz, söhbət milyonlarla ABŞ dollarından gedir.

“Qarant İnvest” təmsilçisinin sözlərinə görə, onları yerli fond bazarından uzaqlaşdıran «mavi fişkalar» və səhmdar cəmiyyətlərinin hesabatlılığının olmamasıdır. Onun fikrincə, bu şəraitdə yaxın 2-3 ildə vəziyyət dəyişməyəcək. İnvestorları maliyyə bazarı daha aktiv şəkildə cəlb edir. Bu gün Forex bazarında qiymətli kağızlar bazarından daha çox oyunçu var.


Geri qayıt