Əsas Səhifə > Dünya > RUS TƏYYARƏSİNDƏ 31 NƏFƏR ÖLÜB

RUS TƏYYARƏSİNDƏ 31 NƏFƏR ÖLÜB


2-04-2012, 13:39
RUS TƏYYARƏSİNDƏ 31 NƏFƏR ÖLÜB

BÜTÜN RÜUSİYA MATƏM İÇİNDƏDİR

Aprelin 2-si səhər saatlarında Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb. ATR-72 tipli təyyarə Tümenin «Roşino» aeroportundan havaya qalxandan az sonra yerə çırpılıb. Uçuş zamanı təyyarədə 4 heyət üzvü və 39 sərnişin olub.

Son məlumatlara görə, azı 31 nəfər ölüb.

Tümen –Surqut istiqamətində uçan təyyarə ilə uçuşdan sonra əlaqə kəsilib. Təyyarə radardan itib. Tümen nəqliyyat prokurorunun müavini Valentin Tarasov Rusiya mətbuatına bildirib ki, təyyarə yerə dəyərək 3 yerə ayrılıb, daha sonra alışıb.

Bu regionda 2011-ci ildə də təyyarə qəzası olmuşdu. Həmin vaxt 8 nəfər heyət üzvü də daxil olmaqla 43 nəfər ölmüşdü. Qəzaya səbəb mühərriklərdən birinin qəfil alışması, daha sonra alovun salona yayılması olmuşdu.


Geri qayıt