Əsas Səhifə > Gündəm, Manşet > MİRŞAHİN ÇƏTİN VƏZİYYƏTDƏ QALIB
MİRŞAHİN ÇƏTİN VƏZİYYƏTDƏ QALIB8-10-2011, 11:46 |
VƏ NƏTİCƏDƏ HEYDƏR ƏLİYEVİN ŞƏKLİ ANS STUDİYASINDAN QALDIRILIB DİA.AZ: - Bu günlərdə ANS telekanalında Mirşahinin müəlliflik etdiyi «Ən Yeni Tarix» tok şousu yenidən bərpa olundu. Etiraf etmək lazımdır ki, əvvəlki proqramlarla müqayisədə bu dəfə də «Ən Yeni Tarix» cəmiyyət tərəfindən maraqla qarşılandı. Hər halda, hakimiyyətin elektron KİV-ə qoyduğu qadağa səbəbindən bir çox tanınmış siyasiləri «Ən Yeni Tarix»də görə bilməyin özü belə bu proqramı maraqlı edən faktorlardan biridir. Bu günlərdə isə «Ən Yeni Tarix»də olay yaşanılıb. Bu barədə «Dünya» İnformasiya Agentliyinə ANS-dəki qaynaqlar məlumat ötürüb. Belə ki, bir neçə gün əvvəlki buraxılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü - 18 Oktyabr tarixi ilə bağlı müzakirələra yer verilən verilişin qonaqları sırasında keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov da olub. Məlumatlı mənbənin bildirdiyinə görə, «Ən Yeni Tarix»in çəkildiyi studiyaya daxil olarkən İsgəndər Həmidov orada mərhum dövlət başçısı Heydər Əliyevin şəklinin asıldığını görüb: «Keçmiş nazir Mirşahindən həmin şəklin yığışdırılmasını istəyib və yalnız bu halda studiyaya daxil ola biləcəyini söyləyib». Mənbə bildirir ki, verilişinin pozulmasını istəməyən aparıcı nəhayətdə İsgəndər Həmidovun arzusunu gerçəkləşdirib. Geri qayıt |