Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ KƏRİMLİNİN QOHUMU MÜDAFİƏ OLUNUR

ƏLİ KƏRİMLİNİN QOHUMU MÜDAFİƏ OLUNUR


2-04-2012, 14:12
ƏLİ KƏRİMLİNİN QOHUMU MÜDAFİƏ OLUNUR

ELNUR SEYİDOV SİYASİ MƏHBUS STATUSU ALA BİLƏR

Siyasi Azadlıqları Müdafiəsi Alyansının Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin qohumu Elnur Seyidovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən saxlanılması, iki gün sonra isə Səbail Rayon Məhkəməsinin onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçməsinə münasibət bildirilir.
“Texnikabank”ın işçisi olan Elnur Seyidova Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə ittiham elan olunub. O, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin göstərişi ilə qanunsuz əməliyyatlar həyata keçirməkdə, vətəndaşların pullarını mənimsəməkdə ittiham olunur.
E. Seyidovun AXCP sədri Əli Kərimlinin yaxın qohumu olması, ancaq heç bir siyasi partiyanın üzvü olmadığının vurğulandığı bəyanatda qeyd olunur ki, onun saxılanılması zamanı ciddi qanun pozuntularına yol verilib. O saxlanılarkən ailə üzvləri və vəkilləri ilə əlaqə saxlanmasına şərait yaradılmayıb, həmçinin ona hüquq və vəzifələri elan olunmayıb və vəkillə də təmin edilməyib. Onun həmçinin iqtisadi xarakterli cinayətlərdə ittiham olunmasına baxmayaraq, MTN-nin təcridxanasında saxlanılması anlaşılan deyil. Bununla bağlı qeyd edək ki, ailə üzvləri isə ağır xəstəlikdən son illər müalicə olunduğunu bildiriblər.

SAMA Elnur Seyidovun həbsi ilə bağlı baş verənlərin ciddi qanun pozuntuları ilə müşayiət olunduğunu, bu hadisənin müxalif siyasi partiya liderinə qarşı təzyiq vasitəsi olduğunu və siyasi səciyyə daşıdığını bildirərək, bu hadisəni qətiyyətlə pisləyir və hakimiyyəti öz opponentlərinə qarşı bu cür təzyiq formalarından istifadə etməməyə çağırır. SAMA ümid edir ki, E. Seyidovun dərhal azadlığa buraxılması və ya onun barəsində seçilmiş həbs qərarının dəyişdirilməsi, istintaqın isə obyektiv qaydada aparılması üçün siyasi iradə nümayiş etdiriləcək.

musavat.com


Geri qayıt