Əsas Səhifə > Partiya > AMİP YENƏ DƏ QƏRARSIZDIR

AMİP YENƏ DƏ QƏRARSIZDIR


2-04-2012, 14:44
AMİP YENƏ DƏ QƏRARSIZDIR

PARTİYANIN MİTİNQLƏ BAĞLIRƏYİ BƏLLİ DEYİL

“Biz İctimai Palatanın 8 aprel mitinqini dəstəkləyirik, amma qoşulmaqla bağlı qərar verməmişik”. Bu barədə Modern.az-a AMİP sədri Yusif Bağırzadə İctimai Palatanın 8 aprel tarixinə təyin etdiyi mitinqlə bağlı münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, onlar İctimai Palatanın bu addımını dəstəkləsələr də, mitinqdə iştirak edib-etməyəcəkləri ilə bağlı rəsmi qərar verməyiblər.

“Mən partiya sədri kimi birmənalı şəkildə İctimai Palatanın 8 aprel tarixində keçirəcəyi mitinqi dəstəkləyirəm. Lakin bu məsələ bizim Siyasi Şurada müzakirə olunacaq və bundan sonra biz 8 aprel mitinqinə qoşulub, qoşulmayacağımızla bağlı son qərarımızı verəcəyik. Qeyd edim ki, Siyasi Şura bu gün və ya da sabah bununla bağlı qərar qəbul edəcək”-deyə Y.Bağırzadə deyib.




Geri qayıt