Əsas Səhifə > Partiya > AZƏRBAYCAN MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?
AZƏRBAYCAN MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?2-04-2012, 14:49 |
İP-DƏ FƏRQLİ FİKİR VAR Ölkənin müxalif qüvvələrinə nəzər salsaq onların hər birinin müxtəlif düşərgələrdə və toplumlarda təmsil olunduqlarını görərik. Təbii ki, bu cür ayrılıq ölkə müxalifətinin zəifləməsinə səbəb olur. Bəs 2003-cu ildən fərqli olaraq nəyə görə ölkə müxalifət bir araya gələ bilmir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu, bunu müxalifətin nailiyyətsiz sindromu ilə əlaqələndirdi: “Müxalifət qüvvələri adətən özlərinin nailiyyət əldə etməmələrini hakimiyyətdə yox, öz silahdaşlarında axtardıqlarına görə belə bir vəziyyət yaranıb. Bu elmi yolla da sübut olunub. Əgər iki dost ov zamanı hər hansı bir nailiyyət əldə edə bilmirlərsə, onu bir-birilərində yox, ümumi işin özündə axtarmalıdırlar.” Ölkə müxalifətinin hakimiyyətin repressiya maşını qarşısında məğlubiyyətlərini etiraf etmədiklərini qeyd edən ADP sədri, “bəzi qüvvələr bu məğlubiyyətin günahını silahdaşlarında görürlər. Ona görə də, hər hansı bir birləşmə mümkün olmur”, -deyə bildirdi: “2003-cu ildən sonra hakimiyyətin demokratik və müxalif düşərgəyə qarşı repressiyaları daha da qəddarlaşdı. Eyni halda, bu repressiyalar da bu birləşməyə mane oldu. Əgər həmin dövrdə parlamentdə demokratik düşərgədən bir neçə deputat təmsil olunurdusa, hazırda demək olar ki, yox vəziyyətindədir. Deyilənlərin hamısı bu birləşmənin qarşısını alan mühüm amillərdəndir.” “AXCP olaraq 2003-cu ildə ölkə müxalifətini bir araya gətirmək qərarına gəldik. Çox təəssüflər olsun ki, bəzilərinin iddiası bu ideyanın həyata keçməsinə imkan vermədi.” Bu sözləri AXCP-nin sədr müavini Həsən Kərimov FakXeber.com-un “2003-cu ildən fərqli olaraq, nəyə görə ölkə müxalifət bir araya gələ bilmir”, - sualını cavablandırarkən qeyd edib. Hazırda İP-da ölkənin aparıcı müxalifət partiyalarının birləşdiyini qeyd edən Həsən bəy, “hesab edirəm ki, bu birlik davam edəcəkdir. İP aparıcı partiyaları, QHT-ləri və tanınmış ziyalıları özündə əks etdirən bir qurumdur”, - deyə bildirdi: “Buna görə də, müxalifətin hər hansı bir pərakəndiliyindən söhbət gedə bilməz”. Geri qayıt |