Əsas Səhifə > Hadisə > BAKIDA DƏHŞƏTLİ FACİƏ

BAKIDA DƏHŞƏTLİ FACİƏ


8-10-2011, 11:54
BAKIDA DƏHŞƏTLİ FACİƏ

JURNALİSTİN İKİ AZYAŞLI ÖVLADI YANĞINDA ÖLDÜ

Bu axşam gecə saatlarında Bolgexeber.som saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsində yerləşən evində yanğın baş verib (24saat.az). Bu barədə hadisə yerində olan jurnalistlər məlumat veriblər.

Onların bildirdiyinə görə, gecə saat 01:00 radələrində baş verən yanğın nəticəsində jurnalistin evi tamamilə yanıb. Bundan başqa, onun iki azyaşlı körpəsi alvolar içində qalaraq, tələf olublar. Hadisə yerinə gələn FHN-in yanğınsöndürmə briqadası alovun qarşısını gec də olsa alıb. Yanğının qəsdən törədildiyi ehtimalı araşdırılır.

Buna səbəb isə Vasif Turanın evinin qapısının çöldən bağlı olması olub. Belə ki, yanğın zamanı həyat yoldaşı ilə birlikdə mənzili tərk etmək istəyən jurnalist qapının çöldən bağlı olduğunu görüb. Özləri pəncərədən çıxa bilsələr də, alovun mərkəzinə düşmüş körpələri oradan çıxara bilməyiblər.

Faktla bağlı cinayət işi qaldırılıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Allah hər iki günahsız körpəyə rəhmət eləsin.


Geri qayıt