Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏVƏZ ZEYNALLI “BALTİKA-BAKI”YA QARŞI

ƏVƏZ ZEYNALLI “BALTİKA-BAKI”YA QARŞI


2-04-2012, 17:22
ƏVƏZ ZEYNALLI “BALTİKA-BAKI”YA QARŞI

BAŞ REDAKTOR AVROPA YAYIM BİRLİYİNƏ MÜRACİƏT ETDİ

Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Ə. Zeynallı Avropa Yayım Birliyinə müraciət edib. Bu barədə redaksiyamıza “Xural” qəzetinin direktoru Nizami Həsənli məlumat verib.

N. Həsənlinin DİA.AZ-a bildirdiyinə görə, Ə. Zeynallı 2012-ci ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Avrovizyon” mahnı müsabiqəsinin rəsmi sponsoru olan “Baltika-Bakı” MMC-nin söz və mətbuat azadlığına qarşı yönələn addımlarından narazılığını bildirib. Ə. Zeynallı “Baltika-Bakı” MMC-nin rəhbəri Rusiya vətəndaşı Adam Tlexurayın “Xural” qəzetini 50 min manat məbləğində cərimə etdirdiyini vurğulayıb:

“Baltika-Bakı” MMC-də baş verən qanunsuzluqlar və şirkətin əməkdaşlarının redaksiyamıza ünvanlandıqları şikayət məktublarını qəzetimizdə dərc etmişik. Şirkətin rəhbəri göstərilən neqativ halları aradan qaldırmaq əvəzinə “Xural” qəzetinə qarşı basqılara başladı. 2011-ci ilin oktyabr ayında mənə qarşı 150 min manatlıq maddi təzimat davasına başladı. Həmin dövürdə mənim vəsatətim əsasında məhkəmə təxirə salındı. Mənim məlum həbsimdən sonra 2012-ci ilin yanvarın 23-də mənim və vəkilimin xəbəri olmadan gizli məhkəmə iclası keçirilərək “Xural” qəzeti 50 min manat məbləğində cərimə edilib”.

Ə. Zeynallı hesab edir ki, “Baltika-Bakı” MMC Azərbaycanın siyasi hakimiyyətinin sifarişi ilə “Xural” qəzetinə qarşı iddia qaldırıb: “Baltika-Bakı” MMC azad mətbuatı susdurmaq üçün Azərbaycanın siyasi hakimiyyətinin alətinə çevrilib. “Avrovizyon” kimi Avropa mədəniyyətini təcəssüm etdirəm nüfuzlu beynəlxalq yarışmanın rəsmi sponsorunun insan və söz azadlığının məhdudlaşdırılmasında bir başa rol oynaması qəbuledilməzdir. Hesab edirəm ki, Avropa Yayım Birliyi söz azadlığına qənim kəsilən bir şirkətin “Avrovizyon” yarışmasına sponsorluq etməsinə imkan verməyəcək”.


Geri qayıt