Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: RAMİZ MEHDİYEVİN VARİS PLANI!!!
ŞOK: RAMİZ MEHDİYEVİN VARİS PLANI!!!8-10-2011, 12:12 |
PA RƏHBƏRİ ÖZ YERİNƏ OĞLUNU GƏTİRMƏYİ DÜŞÜNÜR DİA.AZ: - Hakim düşərgədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hansı əhəmiyyətdə bir fiqur olmasını söyləməyə ehtiyac yoxdur. Kifayət qədər güclü təsir imkanlarına malik olması səbəbindən iqtidar cinahının əsas yönəldicisi kimi nişan verilən Ramiz Mehdiyevin məlum fövqəlgücü ilə bağlı hətta bu günlərdə məşhur «VikiLiks» təşkilatı da ilginc faktları açıqladı. Məlum oldu ki, sən demə, Amerikanın özü belə Ramiz Mehdiyev faktorundan əməllicə ehtiyat edirmiş. Amma Amerikadan fərqli olaraq Azərbaycanda və həm də hakim düşərgədə Mehdiyevdən ehtiyat etməyənlər də yetərincədir. Elə bir zamanlar bütün xalqı Mehdiyevə qarşı üsyana körükləyən keçmiş Mətbuat və İnformasiya Naziri sirus Təbrizlinin odlu-alovlu çıxışlarını xatırlamaq yetərlidir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verilən məlumatlardan aydın olur ki, son günlər hakim partiya daxilində də Mehdiyevə qarşı qiyam ab-havası yaranıb. Və hətta onlarla nüfuzlu YAP-çının imzası ilə birbaşa olaraq prezident İlham Əiyevə Mehdiyevi ifşa edən bir açıq məktubun ünvanlanması da planlaşdırılır. Məlumatlı mənbə bildirir ki, nə zamandır YAP-ın icra katibi, YAP sədrinin müavini Əli Əhmədova qarşı qeyri-rəsmi savaş elan edən Ramiz Mehdiyev indi özü hədəfə çevrilib: «Ramiz Mehdiyev Əli Əhmədova ondan sonra PA rəhbəri postuna ən şanslı aday kimi gördüyündən YAP-ın icra katibini bəri başdan susdurmaq, nüfuzdan salmaq niyyətindədir». Mənbə bildirir ki, PA rəhbərinin də öz «varis planı» var: «Mehdiyev maraqlıdır ki, öz yerinə kadr hazırlayır. Və ən maraqlısı odur ki, həmin kadr Ramiz Mehdiyevin doğma oğlu Teymur Mehdiyevdir». Xatırladaq ki, Teymur Mehdiyev hal-hazırda dövlət miqrasiya xidmətinin rəis müavini postunu tutur və yaxın günlərdə onun bu qurumda rəhbər olması planlaşdırılır. Bu günlərdə isə prezident İlham Əiyev Ramiz Mehdiyevin oğluna 3-cü dərəcəli ali miqrasiya xidməti müşaviri statusunun verilməsi ilə bağlı sərəncam imzalamışdı. Bir sözlə, gələcək PA rəhbəri hələlik yetişmə mərhələsindədir. Məlumatlı mənbənin sözlərindən o da aydın olur ki, gələn ay Teymur Mehdiyevin miqrasiya xidmətinə rəis gətirilməsi planlaşdırılır: «Plana görə, Teymur Mehdiyev qısa müddət içində karyera yüksəlişi dövrünü keçməlidir. Bunun ardından isə o, atasını əvəzləyəcək». Bu səbəblərdən Mehdiyevin hal-hazırda onun yerinə ən şanslı namizəd olması səbəbindən Əli Əhmədova qarşı cəbhə açdığını bildirən mənbə onu da vurğuladı ki, Əli Əmədov YAP daxilində gərginlik arada biləcək qədər güclüdür və o, Mehdiyevin planlarını poza bilər: «Çünki Əli Əhmədov da prezident komandasının yeni üzvləri cərgəsindədir». Geri qayıt |