Əsas Səhifə > Partiya > AMİP MİTİNQƏ QATILMAYACAQ
AMİP MİTİNQƏ QATILMAYACAQ4-04-2012, 12:50 |
PARTİYADAN RƏSMİ İMTİNA QƏRARI GƏLDİ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İctimai Palatanın aprelin 8-nə təyin etdiyi mitinqə qoşulmamaq haqda qərar qəbul edib. Bununla bağlı partiya sədri Yusif Bağırzadə Modern.az-a bildirib. “AMİP siyasi təşkilat olaraq İctimai Palatanın mitinqinə qoşulmayacaq. Amma üzvlərimiz azaddır, aksiyaya qoşula bilərlər. Biz belə məhdudiyyət qoymuruq. Qeyd edim ki, partiyamız Siyasi Şurada 8 aprel mitinqinə qatılmamaq hada rəsmi qərar qəbul edib”-deyə Y.Bağırzadə qeyd edib. AMİP sədri belə bir qərarın qəbul edilməsində əsas səbəb kimi İctimai Palatanın rəsmi olaraq onlara müraciət etməməsini göstərib: “Hesab edirəm ki, əvvəlcədən bizimlə ikitərəfli və yaxud dörd tərəfli məsləhətləşmələr getsəydi, rəsmi səviyyədə bizə müraciətlər olsaydı, partiyamızım qərarı başqa olardı” Geri qayıt |