Əsas Səhifə > Dünya > PORTUQALİYADAN TÜRKİYƏYƏ DƏSTƏK

PORTUQALİYADAN TÜRKİYƏYƏ DƏSTƏK


4-04-2012, 13:29
PORTUQALİYADAN TÜRKİYƏYƏ DƏSTƏK

ƏHMƏD DAVUDOĞLUYA AB VƏDİ VERİLDİ

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu portuqliyalı həmkarı Paulo Portasla görüş keçirib. Paytaxt Ankarada baş tutan görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələri müzakirə ediblər. Görüşdə həmçinin, dünya gündəmində olan Suriya böhranı məsələsi də müzakirə mövzusu olub.

Paulo Portas bildirib ki, Portuqaliya hökuməti Suriya müxalifətinə qarşı təzyiqləri müsbət qarşılamır və BMT-nin sülh planınını dəstəkləyir.

"Biz beynəlxalq cəmiyyətin bu ölkədə tərəflər arasında dialoqların keçirilməsi üçün vasitəçi olmasına çalşırıq. Türkiyə bu prosesdə vacib rol oynayır".

Portas, eyni zamanda, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsləsinə də toxunub. O bildirib ki, blok regionda rejimlərin dəyişdiyi bir vaxtda bu ölkənin birliyə üzvlük məsələsini bir daha nəzərdən keçirməlidir. "Portuqliya Türkiyənin Birliyə üzv olmasına tərəfdardır" – deyə Portas əlavə edib.

Davudoğlu isə öz növbəsində qeyd edib ki, 3 gün öncə İstanbulda baş tutan "Suriyanın Dostları" iclasında 83 ölkə nümayəndəsi Suriyaya verilən vaxtın limitsiz olmadığını vurğulayıb.

"Hər kəs tezliklə nə olacağına diqqət yetirməlidir. Belə bir kritik vaxtda biz Suriya rejimindən boş vədlər deyil, konkret addımların atılmasını gözləyirik. Suriyadakı hadisələri yaxından izləyirik. Bu ölkədə insan qətliamına son qoymaq üçün Suriya xalqının qonşusu kimi əlimizdən gələni edəcəyik".

Suriyada əsir düşən türkiyəli jurnalistlərin Suriya ordusunu tərk edən əsgərlərlə dəyişdirilməsi məsələsinə gəlincə isə Davudoğlu qeyd edib ki, bu, tamamilə yalan məlumatdır və belə bir ehtimal sıfıra bərabərdir.

Geri qayıt