Əsas Səhifə > Sosial, Manşet > HANSI MƏMURUN GİZLİ VİDEOSU VAR?
HANSI MƏMURUN GİZLİ VİDEOSU VAR?4-04-2012, 13:39 |
MƏMURLARARASI MÜNASİBƏTLƏR ŞANTAJ MÜSTƏVİSİNƏ QƏDƏR İNKİŞAF EDİB DİA.AZ: - Hakimiyyət içində gedən oyunlarla bağlı redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub. Əldə etdiyimiz bilgilərdən belə aydın olur ki, bir-birilərinə qarşı olduqca aqressiv mövqedə dayanan iki nüfuzlu məmur şantaj xarakterli hücumlara start vermək niyyədindədirlər. Nazirlər Kabinetindəki mötəbər mənbənin DİA.AZ redaksiyasına iddia etdiklərindən belə aydın olur ki, həmin məmurlar çoxdandır savaş müstəvisində bir-birilərinə qarşı mübarizə aparırlar: «İndi isə vəziyyət daha da gərginləşib. Hətta bu günlərdə həmin məmurlardan biri rəqibi barəsində etik baxımdan uycun olmayan videogörüntülər əldə edib. Həmin videogörüntüdə rəqib məmur Türkiyədəki istirahət mərkəzlərindən birinin massaj salonunda əylənən zaman əks olunub». Mənbəmiz bildirir ki, əyləncəsi zamanı həmin məmurun massajçı qızla sözü nədənsə çəp gəlir və sonra məmurumuz massajçı qızı şillələyir: «Bundan sonra işə istirahət mərkəzinin administrasiyası qarışır və səssiz olan videogörüntülərdən də aydın olur ki, mərkəz rəhbərliyi məmurumuzdan üzr istəyir». Məlumatlardan o da bəlli olur ki, həmin videogörüntülər Türkiyədəki istirahət mərkəzinin təhlükəsizlik kameraları vasitəsilə çəkilib: «Maraqlıdır ki, həmin videoları rəqib tərəf əldə edə bilib və artıq şantaj xarakterli material hədəf kimi seçilən ünvana da göndərilib». Belə bir materialın ictimailəşməsinin ardından münasibətlərin daha da gərginləşə biləcəyii vurğulayan qaynaq onu da iddia edir ki, əks cinah çoxdan anoloji hücuma hazırdır: «Lakin hələlik münasibətlər o həddə çatmayıb. Amma ehtiyac yaransa və məsələlər sözügedən məcraya qədər inkişaf etsə, o zaman cəmiyyət üçün maraqlı bir münaqişəyə şahidlik edəcəyik». Onu da xatırladaq ki, bu vaxta qədər bu kimi videomateriallarla əsasən siyasi müxalifət düşərgəsinin nümayəndələri şantaja məruz qalıblar. İndi isə aydın olur ki, artıq hakimiyyət içində döyüşən tərəflər də bir-birilərini eyni üsulla susdurmağa çalışırlar. Geri qayıt |