Əsas Səhifə > Güney Press, Araşdırma > 500 SABİRABAD SAKİNİ ETİRAZA QALXDI
500 SABİRABAD SAKİNİ ETİRAZA QALXDI4-04-2012, 13:44 |
SABİRABADDA XALQ ÜSYANI Bu gün Sabirabad rayonunun Minbaşı kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Aksiyada 500 nəfərə yaxın sakin iştirak edib. Hadisə yerində olan əməkdaşımız Fərahim İlqaroğlunun verdiyi məlumata görə, aksiya iştirakçıları yolu bağlayıblar. Onların tələbləri rayon icra hakimiyyətindən nümayəndənin onları dinləməsi, həmçinin sel daşqınlarına görə dövlətin vətəndaşlara ayırdığı vəsaitin ədalətli şəkildə bölünməsidir. Qeyd edək ki, Kür daşqınlarından əziyyət çəkən Sabirabadın Minbaşı kəndinin sakinləri aksiya keçirmək üçün kənd meydanına toplaşıblar. Rayon polisi kəndi mühasiərəyə alıb. Polis qüvvələri aksiyanı əngəlləmək üçün kəndə səfərbər olunub. Geri qayıt |