Əsas Səhifə > Partiya > ƏHMƏD ORUCDAN MÜXALİFƏTƏ MƏSLƏHƏT

ƏHMƏD ORUCDAN MÜXALİFƏTƏ MƏSLƏHƏT


4-04-2012, 13:52
ƏHMƏD ORUCDAN MÜXALİFƏTƏ MƏSLƏHƏT

“AKSİYA KEÇİRMƏYƏ EHTİYAC YOXDUR”

“İctimai Palatanın kütləvi aksiya keçirmək istəyi normal qarşılansa da, indiki məqamda buna ehtiyac yoxdur”. Bu fikri SalamNews-a Demokratik Cəmiyyət Uğrunda Vətəndaş Hərəkatının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, kütləvi aksiyalar keçirmək üçün, ilk növbədə, buna ciddi hazırlaşmalı, cəmiyyətlə iş aparılmalıdır: “İndiki halda cəmiyyət kütləvi aksiyalara hazır deyil. İctimai Palata bundan əvvəl keçirdiyi aksiyaların nəticəsizliyini nəzərə alaraq xalqla yaxından təmasda olmalı, onu mitinqlərə hazırlamalı idi. Yalnız bu halda kütləvi aksiyaların səmərəsi artar və aksiyalar artan xətt üzrə davam edər”.

O bildirib ki, kütləvi aksiyalar artan xətt üzrə getsə, üzvü və sədri olduğu hərəkat, partiya belə tədbirlərə dəstək verə bilər.

Geri qayıt