Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDA ZƏRGƏRLƏR «PROB»LARINI NİYƏ GİZLƏDİRLƏR?

BAKIDA ZƏRGƏRLƏR «PROB»LARINI NİYƏ GİZLƏDİRLƏR?


4-04-2012, 14:10
BAKIDA ZƏRGƏRLƏR «PROB»LARINI NİYƏ GİZLƏDİRLƏR?

QIZIL BİZNESİNİN ŞOK TƏRƏFLƏRİ

Dünən «gündəminfo.az»a maraqlı bir məlumat daxil olub. Məlumata əsasən Bakı şəhərində fəaliyyət göstərən əksər zərgərlik sexləri bir aya yaxındır ki, Dövlət Əyar Palatasının təzyiqləri ilə üzləşməli olublar. Belə ki, palata əməkdaşları zərgərlərdən bütün sənədləri tələb edir və bununla da onların işi iflic olur. Redaksiyamıza müraciət edən zərgərlər deyirlər ki, palata əməkdaşları onlardan «prob» (damğa) almaq üçün külli miqdarda rüşvət tələb edirlər.

Araşdırmalar zamanı məlum olub ki, əslində «prob»un alınması üçün xeyli sayda sənədlər və rüsumlar tələb olunur ki, bunları da yerinə yetirmək faktiki olaraq kiçik sexlərin işini iflic edir. Məsələ burasındadır ki, bu gün Bakıda fəaliyyət göstərən əksər zərgərlik sexləri «prob»larını işdə deyil, evdə saxlamalı olurlar. Çünki bu probların əksəriyyəti saxtadır. Müsahiblərimizdən biri deyir ki, bu saxta damğalar ortaya çıxsa, o zaman zərgəri uzunmüddətli həbs gözləyir. «Ona görə də istehsal etdiyimiz qızılları evdə damğalayırıq» deyə həmsöhbətimiz bildirdi.

Bundan başqa zərgərlər deyirlər ki, Dövlət Əyarlar Palatasının əməkdaşları onlara başqa bir vasitəylə də işləməyə imkan vermirlər ki, damğa almaq üçün əlavə rüşvət verilməlidir. Bu rüşvəti verməyənlərin isə işi iflic olur.

Onu da əlavə edək ki, artıq Bakının «Gənclik» və «Moskva» univermaqlarında palata əməkdaşlarının fəaliyyəti ilə bağlı şikayət edən xeyli sayda zərgər var ki, onların mövqelərini açıq şəkildə dərc etməyə, eyni zamanda yaranmış problemlə bağlı araşdırmalar aparmağa davam edəcəyik.

Geri qayıt