Əsas Səhifə > Güney Press, Üçüncü sektor > POLAD BÜLBÜOĞLUYA QARŞI İTTİHAM
POLAD BÜLBÜOĞLUYA QARŞI İTTİHAM4-04-2012, 14:16 |
“QORXMA MƏN SƏNİNLƏYƏM-2”NİN PULU VERİLMİR “Qorxma mən səninləyəm-2” bədii filminin çəkilişləri başa çatsa da filmin yaradıcı heyəti arasında müəyyən narazılıqlar yaranıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, heyətin gördükləri işin müqabilində almalı olduqları pulları hələ də əllərinə çatmayıb. Bu da nəticədə rejissor və aktyorlar arasında söz-söhbətə səbəb olub. Bununla bağlı “Qafqazinfo” filmdə çəkilən aktyor Bəhram Bağırzadə ilə əlaqə saxlayıb. B. Bağırzadə digərlərindən fərqli olaraq onun heç bir narazılığının olmadığını deyib: “Kimin narazılığı varsa öz işləridir. Mənə gəldikdə, müəyyən qədər pulumu almışam, qalanını da deyiblər, gözlə verəcəyik. Müqavilə imzalanıb, kişi kimi də deyiblər pulunuz son qəpiyinədək veriləcək. Mən də gözləyirəm. Aktyorluqdan öncə müsəlmanam. Müsəlman da səbr etməyi bacarmalıdır”. Qeyd edək ki, “Azərbaycanfilm” dövlət kinostudiyasının ötən il istehsalına başlanan “Qorxma mən səninləyəm-2” bədii filminin çəkilişləri başa çatıb. Filmin noyabr ayında nümayişi nəzərdə tutulub. Azərbaycan və Rusiya kinemotoqrafçılarının birgə istehsalı olan “Qorxma mən səninləyəm-2” bədii filminin çəkilişləri Bakının Pirallahı, Qax rayonunun İlisu kəndində aparılıb. Filmin quruluşu məşhur azərbaycanlı rejissor Yuli Qusmana aiddir. Filmdə xalq artisti Polad Bülbüloğlu, SSRİ xalq artisti Lev Durov, SSRİ xalq artisti, sirk ustası Muxtarbek Kantemirov, Rusiyanın tanınmış aktyorlarından olan Mixail Yefremov, Azərbaycanın xalq artistləri Məbud İsmayılzadə, Nuriyyə Əhmədova, Həmidə Ömərova, aktyor Bəhram Bağırzadə, gənc müğənni Eldar Qasımov və başqaları çəkiliblər. Xatırladaq ki, ikinci filmdə birinci seriyada təsvir olunan hadisələrdən 20 il sonra cərəyan edən hadisələr lentə alınıb. Ekran əsərinin süjet xətti macara ilə yanaşı, məhəbbət üzərində qurulub. Geri qayıt |