Əsas Səhifə > Cəmiyyət > “TƏMİZ DÜNYA”DAN TƏMİZ SÖHBƏT
“TƏMİZ DÜNYA”DAN TƏMİZ SÖHBƏT8-10-2011, 12:33 |
YARDIM ETMƏYƏN ŞİRKƏTLƏRİN ADLARI AÇIQLANACAQ DİA.AZ: - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi bu aydan etibarən mətbuata aylıq açıqlama verməyi qərara aldı. Bildirək ki , qanunvericilikdə bu haqda heç bir maddə qeyd olunmur. Dünya təcrübəsində sosial yardım göstərən şirkətlər vergidən azad olunur. Prezident Yanında Qeyri – Hökumət təşkilatları ilə iş aparan Şurada sosial məsuliyyəti artırmaq üçün layihə hazırlanır. Həmin layihədə şirkətlərin sosial məsuliyyətini artırmaq məqsədi ilə müəyyən konkret qayda formalaşdırılacaq. “Dünya” İnformasiya agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumatda deyilir: “Təşkilatımız sosial məsuliyyəti artırmaq, göstərdiyimiz köməyin keyfiyyətini və sayını çoxaltmaq üçün bu addımı atır. Bəzi biznes sektor nümayəndələri xeyriyyəçi olduqlarını davamlı olaraq mətbuatda qeyd edirlər. Bunun yalnız reklam məqsədi daşımadığını sübut etmək və şəffaflığı qorumaq məqsədi ilə “ Təmiz Dünya” təşkilatı hər ay müraciət etdiyi şirkətlərin adını açıqlayacaq. Təşkilatımız bu ay ərzində “Nurgun motors”, “Bakcell”, “Azersun” holdinq, şirkətlərinə yardım üçün yazılı müraciət etmişdir. Bu müraciətlərin heç birinə cavab verilməmişdir. Qeyd edək ki, ailədaxili zorakılıq qurbanları və insan alveri qurbanlarının yeganə üz tutduqları qapı bizik. Təşkilatın ofisində həm sığınacaq fəaliyyəti göstərir, həm də hüquqi, psixoloji yardım edirik. Gün ərzində bizə ən az 10-15 qadın müxtəlif problemlərlə müraciət edir. Bu problemlərlə bağlı bizə mütəmadi maliyyə yardımları lazımdır Ofisimizin sahəsi 30,sığınacağın sahəsi isə cəmi 20 kvadratdır. Bu qədər kiçik ərazidə çətinliklə zərərçəkmiş qadınlara xidmət göstəririk. Maddi problemlərimiz reinteqrasiya işlərini artırmağa imkan vermir. Hər ay açıqlayacağımız adlarda həm yardım göstərmiş, həm də sosial məsuliyyətdən yayınmış şirkətlərin adını çəkəcəyik. Ümumiyyətlə isə qeyd edək ki, sosial işlərə göstərilən yardımlarla bağlı işlər xaos şəklində həyata keçirilir. Bu yardımlar həmişə konkret təşkilatlara edilir və şəxsi münasibətlər müstəvisində həll olunur. Bu sahədə şəffaflığı artırmaq məqsədi ilə mətbuatı da bizə kömək etməyə çağırırıq”. Geri qayıt |