Əsas Səhifə > Güney Press, Üçüncü sektor > POLİSDƏ QADINLARIN SAYI ARTIRILMALIDIR

POLİSDƏ QADINLARIN SAYI ARTIRILMALIDIR


5-04-2012, 11:41
POLİSDƏ QADINLARIN SAYI ARTIRILMALIDIR

BELƏ BİR TƏKLİF TƏQDİMAT MƏRASİMİNDƏ SƏSLƏNDİ

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində maliyyələşən və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsinin maraqlı tərəflər və ictimaiyyət üçün təqdimat mərasimi keçirildi.

POLİSDƏ QADINLARIN SAYI ARTIRILMALIDIR

“ Təmiz Dünya “ Qdınlara Yardım İctimai Birliyinin sədri təqdimatı açıq elan edərək bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı seçkiliyin ləğvi üzrə Komitəsi 20 iyul-07 avqust 2009-cu il tarixində keçirdiyi 44-cü sessiyada Azərbaycan Hökumətinin “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında ”Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinə hökumətlə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Layihə çərçivəsində, qadınlar üçün bütün sahələrdə bərabər hüquqların təbliği ilə yanaşı, 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanun”un icra mexanizmlərinə dair təkliflərin hazırlanması, polis orqanlarında qadınlarının sayının artırılmasına dair təkliflər, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Komitəsinə kölgə hesabatının hazırlanmasına dair modulun və siyasət sənədinin hazırlanmasını nəzərdə tutulur.

Sonda təşkilat sədri iştirakçılardan təkliflər gözlədiyini, hər yeni ideyanın layihənin uğurla alınmasında kömək edə biləcəyini bildirdi.

POLİSDƏ QADINLARIN SAYI ARTIRILMALIDIR

Layihənin təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Mehriban Əsədli təklif olaraq irəli sürdü ki, bu sahədə maarifləndirmə işi, hədəf qrupu düzgün seçilməli, əsasən yuxarı sinif şagirdləri, internat məktəbinin şagirdlərinə davamlı olaraq məlumatlandırma kampaniyası aparılmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Ağazadə ictimai institutların formalaşmasını, Qaynar xətt xidmətlərinin yaradılmasını, informasiya və maarifləndirmənin qadınlara qarşı ayrı- seçkiliyin ləğvində köməkçi qüvvə kimi irəli sürdü. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Dilarə Vəliyeva bildirdi ki, qadın polislərin cəmiyyətdə birmənalı olaraq qəbul olunması üçün ilkin olaraq bunu şüurlarda qəbul etdirmək lazımdır. Bunu isə, məlumatlandırma yolu ilə həyata keçirmək mümkündür. Bakı Dövlət Universitetinin müəllimi Vəfa Nağıyeva maarifləndirmə işini kişilərin iştirakı ilə aparmağın doğru olduğunu dedi. O, qeyd etdi ki, layihə gender bərabərliyinin qorunmasına xidmət edirsə, ayrı seçkilik olmadan məlumatlandırma işi aparılmalıdır. Lider Qadınlar İctimai Birliyinin sədri Sevda Məmmədli və QAHİB –in sədri Ruhəngiz Hüseynova CounterPartın maliyyələşdirdiyi layihənin iştirakçısı kimi həmin layihədə iştirak edən təşkilat olaraq çıxışçılara qoşularaq minnətdarlıqlarını bildirdilər. Ombudsman Aparatının nümayəndəsi Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya əlavə fakültativ protokolların tətbiqinin istifadə formalarının vacibliyini qeyd etdi.

Təqdimatda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı F.Əliyev, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev, Dünya Gənclər Bankı şəbəkəsindən Vüsalə Hüseynli çıxışçılara qoşuldular.


Geri qayıt