Əsas Səhifə > Güney Press, Araşdırma > ƏVƏZ ZEYNALLIYA YENİ İTTİHAM İRƏLİ SÜRÜLÜR

ƏVƏZ ZEYNALLIYA YENİ İTTİHAM İRƏLİ SÜRÜLÜR


5-04-2012, 11:49
ƏVƏZ ZEYNALLIYA YENİ İTTİHAM İRƏLİ SÜRÜLÜR

BU DƏFƏ SIĞORTA HAQQI ÖDƏMƏMƏKDƏ İTTİHAM OLUNUR

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 213.1maddəsi ilə (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb. RATİ belə məlumat verir.

Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur.


Geri qayıt