Əsas Səhifə > Güney Press, Araşdırma > ƏBÜLFƏS QARAYEV İSA QƏMBƏRƏ CAVAB VERƏCƏK
ƏBÜLFƏS QARAYEV İSA QƏMBƏRƏ CAVAB VERƏCƏK5-04-2012, 11:53 |
NAZİRLİK MÜRACİƏTƏ BAXIR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Modern.az-a bildirib ki, Müsavat Partiyasının qurultayla bağlı nazirliyə göndərdiyi müraciətə baxılıb rəsmi cavab veriləcək. “Hər gün Mədəniyyət və Turizm Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Nazirlik səviyyəsində hər bir müraciətə baxılaraq müvafiq cavab verilir. Müsavat Partiyasının müraciəti də o cümlədən bunlarda biridir. Qeyd edim ki, bu müraciətə baxılaraq lazımı cavab veriləcək”-deyə İ.Hümbətov bildirib. Ötən gün Müsavat Partiyası qurultayın Opera və Balet Teatrında keçirilməsi üçün qanuna uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət göndərib. Məktuba minimum 15 gün ərzində cavab verilməsi gözlənilir. Geri qayıt |