Əsas Səhifə > Partiya > MÜXALİFƏT BİBİHEYBƏTƏ NİYƏ GEDİR?

MÜXALİFƏT BİBİHEYBƏTƏ NİYƏ GEDİR?


5-04-2012, 12:34
MÜXALİFƏT BİBİHEYBƏTƏ NİYƏ GEDİR?

BU QƏRARDA “AVROVİZİYA” FAKTORU ROL OYNAYIB

“Biz “Eurovision” yarışması öncəsi razılaşdırılmış mitinqə getməklə ölkədə qarşıdurma tərəfdarı olmadığımızı göstərdik”.
Bu fikirləri İctimai Palatanın Koordinasiya Şurasının üzvi Arzu Səmədbəyli müxalifətin uzun illərdən sonra razılaşdırılmış mitinqə getməsini əsas səbəblərini Modern.az-a şərh edərkən bildirib. Səmədbəylinin sözlərinə görə, müxalifətin “Eurovision” müsabiqəsi öncəsi Bakı şəhər İcra Hakimiyyəti ilə razılığa gəlməsinin səbəbi onun Azərbaycanda heç vaxt qarşıdurmaya tərəfdarı olmamasından və məsələlərin dinc yolla həllinə tərəfdar çıxmasından irəli gəlir.

“Məncə, müxalifət razılaşdırılmış mitinqə getməklə doğru addım atdı. Bunu hakimiyyətə güzəşti kimi başa düşmək olar. “Eurovision” öncəsi razılaşdırılmış mitinqin keçirilməsi müxalifətin indiyə qədər söylədiyi kimi, ölkədə qarşıdurma tərəfdarı olmadığına, bütün məsələlərin dinc və qanunlar çərçivəsində həyata keçməsini istəməsinə bir nümunədir. Müxalifət bu münasibətini ortalığa qoydu. Bu o demək deyil ki, müxalifət daim orada mitinq eləyəcək. Sadəcə olaraq hesab edirəm ki, bu ərəfədə biz hamımız çalışmalıyıq ki, müxalifət öz üzrənə düşən missiyanı həyata keçirsin, hakimiyyət qarşısında tələblərini ortalığa qoyub istəklərinə nail olsun”.

A.Səmədbəyli mitinqlə bağlı görülən hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib.
“İctimai Palatanın 8 aprel mitinqinə hazırlıqlar davam edir. Mitinqə hazırlıqlarla bağlı Ictimai Palata səviyyəsində olan siyasi qurumlar, ictimai birliklər çox yüksək səviyyədə hazırlaşırlar. Hazırlıq işləri davam edir. Qeyd edim ki, bunun üçün həm ayrı-ayrılıqda partiyaların mitinq komitələri fəaliyyət göstərir və eyni zamanda İctimai Palatanın tərkibində olan birgə mitinq komitəsi mövcuddur ki, bu çərçivədə hazırlıq işləri sürətlə davam edir. Ayın 8-də bu mitinqin uğurlu olacağını güman edirik”.
A.Səmədbəyli bildirib ki, Azərbaycan müxalifəti ölkənin müsbət imici naminə böyük işlər görməyə hazırdır.

“Eyni zamanda biz çalışmalıyıq ki, ölkəmizi dünyaya müsbət istiqamətdə, müsbət yöndə tanıda bilək. Bu təkcə müxalifətin misiyası deyil, bunun üçün hakimiyyətin müraciəti də olmalıdır. Hakimiyyət müxalifətin irəli sürdüyü islahatlar paketini qəbul edərsə, bu Azərbaycanın imicinə çox müsbət çalarlar gətirmiş olar. Azərbaycanı beynəlxalq qınaqlardan yayındırmış olar”.


Geri qayıt