Əsas Səhifə > Partiya > AMİP-DƏ MÜHÜM GÖRÜŞ

AMİP-DƏ MÜHÜM GÖRÜŞ


5-04-2012, 12:42
AMİP-DƏ MÜHÜM GÖRÜŞ

YUSİF BAĞIRZADƏ NİKOLAS BRİEKLƏ NƏ DANIŞIB?

DİA.AZ: - Bu gün AMİP Sədri Yusif Bağırzadə və Baş katibi Arzuxan Əlizadə ilə Avropa Xalq Patiyasının (AXP) Beynəlxalq Əlaqələr katibi cənab Nikolas Briek arasında görüş olub.

DİA.AZ-a verilən məlumata görə, görüşdə AMİP və Avropa Xalq Partiyası (ing. EPP) arasındakı munasibətlər əsas müzakirə mövzusu olub. Nikolas Briek qeyd edib ki, EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiya olmaqla ümumavropa məkanında böyük nüfuza malikdir və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. Məqsədi demokratiklik, şəffaflıq və effektivlik prinsiplərilə federal Avropa quruculuğuna nail olmaqdır. Bu mənada AMİP – EPP əməkdaşlığı Azərbaycanın Avropa məkanına inteqrasiyasında önəmli hadisədir.

AMİP Sədri Yusif Bağırzadə AMİP-in sag mərkəz yönlü partiya olaraq bu ideyanın Azərbaycanda əsas daşıyıcısı olduğunu və dünyanın bir çox sağ mərkəzçi partiyaları ilə davamlı əmədaşlıq etdiyini qonağın diqqətinə çatdırmışdır. AMİP Beynəlxalq Demakrat İttifaqının (BDİ) tam hüquqlu üzvü olmaqla artıq uzun illərdir ki, müasir dünyanın bir sıra aparıcı siyasi təşkilatları ilə sıx əməkdaşlıq edir. BDİ-yə üzv partiyaların bir çoxu eyni zamanda EPP-nin üzvüdür və bu çərçivədə AMİP-EPP əməkdaşlığının işgüzar davamı olaraq AMİP -in EPP-yə üzvlük məsələsi hal-hazırda partiyanın beynəlxalq əlaqələrinin əsas prioritetlərindəndir. Bu istiqamətdə partiya rəhbərliyinin Brüsseldə EPP rəhbərliyi ilə mütamadi görüşləri və məsləhətləşmələri davam edir.

Nikolas Briek AMİP haqqinda ətraflı məlumata malik olduğunu və onun geniş beynəlxalq əlaqələrindən səmərəli istifadə etdiyindən məmnunluğunu bildirərək, EPP ilə əlaqələrin qurulmasını yüksək qiymətləndirmiş və mütəmadi olaraq birgə tədbirlərin krçirlməsi təklifi ilə çıxış etmişdir. O, eyni zamanda AMİP rəhbərliyinin Brüsselə -Avropa parlamentinə etdiyi səfərlərə, keçirdiyi göruşlərə toxunaraq, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümüd etdiyini bildirmişdir. Daha sonra tərəfləri maraqlandıran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

Görüşdə AMİP Beynəlxaq Əlaqələr katibi Elşən Mustafayev iştirak etmişdir.


Geri qayıt