Əsas Səhifə > Sosial, Manşet > «KAPİTAL BANK»A 300 MİLYONLUQ «HƏDİYYƏ»
«KAPİTAL BANK»A 300 MİLYONLUQ «HƏDİYYƏ»5-04-2012, 12:47 |
NAZİRLİYƏ AYRILAN PULDAN ƏMANƏTÇİLƏRƏ HEÇ BİR ŞEY DÜŞMƏYƏCƏK DİA.AZ: - Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Xüsusi Komissiya yaradılıb. Maliyyə Nazirliyinin nəzdində yaradılan Xüsusi Komissiyanın tərkibi isə aşağıdakı kimidir. Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev qurumun rəhbəri təyin olunub, eyni zamanda üzvləri təsdiqlənib. Nazirlər Kabineti Xüsusi Komissiyanın fəaliyyət Qaydasını da təsdiq edib. Nazirlər Kabinetinin qərarında qeyd edilir ki, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün «Kapital Bank» ASC tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Maliyyə Nazirliyinə ilkin olaraq 300 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Qərardan belə görünür ki, bu vəsait əsasən «Kapital Bank»a veriləcək, birdəfəlik ödənişlərin qaytarılması üçün ayrıca pul ayrılacaq. Müsətqil ekspertlərin hesablamalarına görə, hökumətin təqdim etdiyi indeksasiya ilə batmış əmanətlərin qaytarılmasına 450-500 milyon manat lazım gələcək. Lakin hökumət bu istiqamətdə 1 milyard manat xərcləyəcəyini anons edib. DİA.AZ bildirir ki, hökumət çox güman, vəsaiti 3 mərhələdə ayıracaq. 4,8 milyard rubl üçün 1 milyard manat vəsait lazım olacaq. Yəqin ki, may ayında büdcəyə yenidən baxılarkən 300 milyon manatın bir qədər də artacağı güman edilir. İkinci mərhələ üzrə əmanətlərin qaytarılması da bu müddətdə başlayacaq. Üçüncü mərhələ isə dekabr ayında-2013-cü ilin büdcəsi təsdiq olan zamanı başlayacaq. Növbəti vəsait də bu mərhələdə ayrıcaq. Beləliklə, 1 miyard manat 3 mərhələdə qaytarıla bilər. Geri qayıt |