Əsas Səhifə > Şou-biznes > KİMLƏR GEYİMİNDƏ SƏRBƏSTDİR?
KİMLƏR GEYİMİNDƏ SƏRBƏSTDİR?5-04-2012, 13:01 |
GƏNC MÜĞƏNNİLƏR DİQQƏTİ DAHA ÇOX CƏLB EDİR Müasir və sərbəst geyimləri ilə fərqlənənlər sırasında Aynişan Quliyeva da var. Həm zahiri görünüşü, həm də geyimlərində üslub müxtəlifiyi ilə seçilən Aynişan bu sərbəstliyi kriteriyalara bölür. Gənc sənətçinin toy paltarı ilə konsert səhnəsi üçün olan paltarları bir-birindən fərqlənir. Toya oxumaq üçün getməsə də, qonaq qismində olarkən belə, sənətçi geyimində bəzi sərbəstliyə və al-əlvanlığa məhdudiyyət qoyur. Özü Milli.Az-a bunları deyib: «Qeyd edim ki, toyda oxumaq təkliflərim çox olur. Daha çox yarımsaatlıq təkliflər alıram. Repertuarım nəzərə alınaraq toyun diskoteka hissəsi üçün dəvətlər çox olur. Amma fikrim qətidir. Anam da toyda oxumağımı istəmir. Ancaq konsert səhnəsinə çıxıram, tədbirlərdə oxuyuram. Sənətdə bu xidmətimə görə pul qazanıram». Aynişan əslində, toyda oxumağı özünə qəbahət görmədiyini vurğuladı. «Bəllidir ki, əksəriyyət sənətçilərin qazanc yeri əsasən toylardır. Mən 3 ildir, səhnədəyəm və səs imkanlarımı hər gün inkişaf etdirib dünya səhnəsinə çıxmaq istəyirəm. Ona görə pulumu konsert səhnəsindəki xidmətimə görə qazanıram. Əsas vaxtımı və gücümü böyük sənət işləri üçün ayırmışam», - deyən Aynişan sözünü başladığı geyim sərbəstliyi ilə davam etdirdi. Dedi ki, al-əlvan, bir az açıq geyimlərdən daha çox konsert səhnəsində istifadə edir: «Toya isə sadə geyimdə getməyi sevirəm. Ümumiyyətlə isə geyim seçimində sərbəstəm. Qarberobumu haraya nə geyəcəyimi düşünərək müəyyən etmişəm». Geri qayıt |