Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BİZ NEÇƏ İL YOL GETMƏLİYİK?

BİZ NEÇƏ İL YOL GETMƏLİYİK?


5-04-2012, 16:22
BİZ NEÇƏ İL YOL GETMƏLİYİK?

“ABŞ DEMOKRATİYAYA ÇATMAQ ÜÇÜN 300 İLLİK YOL KEÇİB”

QHT Əməkdaşlıq Alyansının kordinatoru, Beynəlxalq Münasibətlərin Araşdirilmasi Mərkəzinin sədri Rufiz Qonaqov Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının II sessiyası barədə Alyansın İcra Katibliyinə açıqlama verib.

O deyib ki, “Avronest” Parlament Assambleyasının ölkəmizdə keçirilməsi ciddi bir hadisə idi və Azərbaycan həqiqətlərinin də Avropalı deputatlara çatdırılması üçün yaxşı bir fürsət yaratdı. Müzakirələr zamanı erməni deputat Ş.Şafaryanın Azərbaycan haqqında sərsəm və gülünc çıxışı, bir daha ermənilərin öz gözlərindəki çöpü görmədiklərinin sübutu oldu. Mən “Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyevin “vətəndaşlarının gülləbaran edildiyi bir ölkənin nümayəndəsinin belə bir məsələdən danışması gülüncdür” fikri ilə razılaşdığımı bildirirəm. Əminəm ki, A.Quliyevin bu cümləsi bütün vətəndaş cəmiyyəti üzvlərinin düşüncəsinin təcəssümüdür”.

Rufiz Qonaqovun sözlərinə görə “Azərbaycanı tənqid edən Avropalı deputatlar da öz tarixlərinə nəzər salsalar yaxşı olar. ABŞ və Qərbi Avropa demokratiyaya çatmaq üçün 300 illik yol keçib. Azərbaycan isə hələ cavan demokratiyadır və qısa müddət ərzində böyük yol qət edib. Ölkə başçısı, cənab İlham Əliyev demokratik cəmiyyət quruculuğu üçün əlindən gələni edib və biz bü gün Azərbaycan demokratiyasının heç də Şərqi Avropa dövlətələri ilə müqayəsədə geri qaldığını təsdiq edə bilmərik. Azərbaycanda heç kim demir ki, hər şey idealdır və bizim heç bir sahədə problemimiz yoxdur. Gənc dövlət kimi hələ görülməli çox işlər var və biz də vətəndaş cəmiyyəti olaraq, onların yerinə yetirilməsi üçün digər vətəndaş cəmiyyəti qurumları ilə birlikdə çalışırıq”.

Geri qayıt