Əsas Səhifə > Güney Press, Araşdırma > DAHA ÇOX ŞİKAYƏT MƏMUR ÖZBAŞINALIĞINDANDIR
DAHA ÇOX ŞİKAYƏT MƏMUR ÖZBAŞINALIĞINDANDIR6-04-2012, 12:42 |
HESABLAMA PALATASI NƏLƏRİ QEYDƏ ALIB? 2011-ci ildə Hesablama Palatasına 95 vətəndaş müraciəti daxil olub. Müraciətlərdən 50-si vəzifədən sui-istifadə, 17-si sosial məsələlərlə bağlıdır. Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi illik hesabat sənədində qeyd edilib. “Bu müraciətlərin əksəriyyəti vətandaşların hazırda və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətandaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması, sosial müavinətlərin verilməsi üçün köməkliyin göstərilməsi barədə olub. Bunlarda müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilib” – deyə Hesablama Palatasının sənədində qeyd edilib. Bildirilib ki, son üç il ərzində Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlərlə bağlı olub. Hesablama Palatasının məlumatına görə, 2011-ci ildə quruma daxil olan müraciətlər əsasən Bakı (36), Sumqayıt (3), Lənkaran (1), Ağdam (2) və Mingəçevir (6) şəhərləri, Abşeron (4), Astara (2), Ağcabədi (7), Zərdab (1), Biləsuvar (3), Qazax (1), Masallı (2), Kürdəmir (3), Cəlilabad (3), Sabirabad (3), Ağstafa (1), Şamaxı (2), Xaçmaz (3), Bərdə (3), Salyan (1), Ağsu (1), Göyçay (1), Göygöl (1) və Daşkəsən (2) rayonları üzrədir. Geri qayıt |