Əsas Səhifə > Dünya > ARAĞIN ÜSTÜNDƏ “ALLAH” YAZILIBMIŞ

ARAĞIN ÜSTÜNDƏ “ALLAH” YAZILIBMIŞ


6-04-2012, 13:06
ARAĞIN ÜSTÜNDƏ “ALLAH” YAZILIBMIŞ

BUNA GÖRƏ ŞİRKƏT ƏHALİDƏN ÜZR İSTƏYİB

Qazaxıstanda araq istehsal edən şirkəti əhalidən üzr istəyib. GEOM şirkəti buraxdığı araq şüşəsinin üzərində ərəb dilində “Allah” sözünün səhvən getdiyini bildirib.

Qazaxıstanın Ali Müftisi Absattar Derbisaliev Almatının mərkəzi məscidində araq istehsalçısının göndərdiyi məktubun mətnini səsləndirib. Məktubda bildirilir ki, şüşənin üstündə yazılan “Allahın qüdrəti hər kəsə yetər” cümləsi ərəb dilində olduğundan, araq etiketinin rusiyalı dizaynerləri onun mənasını anlamayıblar.

AzadlqıRadiosunun xəbər verir ki, istehsalçı üzərində “Allah” sözü olan şüşələrin hamısını satışdan çıxaracağını vəd edib.

Əhalisinin əksəriyyəti müsəlman olan Qazaxıstanda dini liderlər “Allah” sözünün araq şüşəsi üstündə yazılmasına kəskin reaksiya vermiş, istehsalçıdan izahat tələb etmişdilər.


Geri qayıt