Əsas Səhifə > Partiya > POLİS MİTİNQÇİLƏRƏ XƏBƏRDARLIĞINI ETDİ

POLİS MİTİNQÇİLƏRƏ XƏBƏRDARLIĞINI ETDİ


6-04-2012, 13:44
POLİS MİTİNQÇİLƏRƏ XƏBƏRDARLIĞINI ETDİ

“ONLARIN VƏZİFƏSİ QAYDALARA RİAYƏT ETMƏKDİR”

“Bizim vəzifəmiz mitinq iştirakçılarının təhlükəsizliyini təmin etməkdir”

“İctimai Palatanın aprelin 8-də keçirəcəyi icazəli mitinqlə bağlı iştirakçıları xəbərdarlıq etmək istəyirik. Məlum olduğu kimi Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verib. Mitinqin yeri, vaxtı və marşurutu dəqiq göstərilib. Bildirmək istəyirik ki, bu mitinqin təhlükəsizliyi polis tərəfindən təmin olunacaq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis muavini, polis palkovniki Səhlab Bağırov bildirib. Onun sözlərinə görə, mitinqdə ictimai qaydalara riayyət olunmalı, müəyyən olunmuş şüarlardan başqa fikirlər səsləndirilməməlidir.

Rəis muavini deyib ki, martın 17-də gənclərin keçirdiyi icazəli mitinqdə baş verən xoşagəlməz hadisələr yaşanmamalıdır: “Bizim vəzifəmiz mitinq iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. Onların da vəzifəsi müəyyən olunmuş qaydalara riayyət etməkdir.
Düşünürəm ki, ötən dəfə baş verən biabırçılıq təkrarlanmayacaq və mitinqin vaxtı başa çatandan sonra iştirakçılar ərazini sakitcə tərk edəcəklər. Hər hansı bir əks addım və ya hərəkətin qarşısı polis tərəfindən alınacaq”.


Geri qayıt